Planlamanızı Bu gündən Edin

0
2207
Planlamanızı Bu gündən Edin

Sabahın planını bu gündən etməyə başlayın.Bu planlaşdırma üçün sizə üç mərhələdən ibarət olan sadə amma effektli bir üsulu təqdim etmək istəyirik;
 
1) Tamamlamaq istədiyiniz işlərin bir siyahısını tərtib edin.
 
2) Bu siyahıda yer alan başlıqları, ən əhəmiyyətli olanından başlayaraq, əhəmiyyətsiz olan işəqədər sıralayın.
 
3) Birinci sıradakı işinizdən başlayaraq istədiyiniz şeyi etmək üçün nə lazımdırsa etməyə başlayın!
 
Siyahınızda iştirak edən işləri bir gün içində bitirmək üçün təşvişə düşmüyün. Edə biləcəyiniz qədərini edin və axşam olub da siyahınızda tamamlayamadığınız işlər olduğunu gördüyünüzdə xəyal qırıqlığına qapılmayın. Burada əhəmiyyətli olan zamanınızı ən yaxşı şəkildə istifadə etmək üçün səy göstərməyə başlamış olmağınızdır. Siyahınızdakı işləri tamamlamaq üçün dəli kimi qaçmayın əsla. Sakit, fokuslanmış bir şəkildə ən məhsuldar nəticələri əmələ gətirər. İş yerinizdə, ətrafınızda arı kimi çalışan, sizdən daha məşğul görünən kəslər diqqətinizi dağıtmasın. unutmayın sizin etmək istədiyiniz məşgul görünmək deyil,məqsədli olmaq! 
 
Bu üsul öz nəticələrini bir neçə həftədə verməyə başlayacaqdır.Bu səbəblə ilk günlərdə ümidsizliyə qapılmayın. Özünüzü bu sistemə uyğun gəlməyə məcbur etsəniz bir neçə həftə sonra həyatınıza girəcək olan intizam sizi çox xoşbəxt edəcək. Bu intizam nəticəsində zamanınız artacaq, etdiyiniz işin keyfiyyəti yüksələcək və ən əhəmiyyətlisi stresdən xilas olacaqsınız. Unutmayın Stres tərəqqinin ən böyük düşmənidir.Gününüzü planlamağı öyrəndikdən sonra daha da irəli gedərək həftələrinizi hətta aylarınızı planlaya biləcəksiniz.Bu planlamağı edərkən mütləq əməl lazım olan bir qayda bir qayda var. Planlarınız yazılı olsun. Hər hansı bir kağıza və ya ya başqa bir şeyə əhəmiyyətli deyil. Yalnız yazılı olsun yetər.Başınızda planlaşdırma etməyə çalışmayın. Yazın! Hamımız zaman xərcləmək deyimindən istifadə edərik. Halbuki zaman xərclənməyəcək qədər qiymətlidir. Bunun yerinə zamanı dəyərləndirmək deyimini istifadə etməyə başlayın.Öz üstünlüklərinizi arxa plana atmanız lazım olan vəziyyətlərdə xeyr deməyi öyrənin. Xeyr Sözünü istifadə etməkdə çəkinməyin. Xeyr Çox güclü bir sözdür və bu sözün gücünü istifadə etmək sizi də güclü və qərarlı edər. Xeyr Sözünün gücü ayrı bir məqalə mövzusu ola bilər. Əgər istəsəniz ... mənə xeyr deməyin əsla!
 

ŞƏRH YAZIN