Beyin gücünə diqqət!!!

0
5384
Beyin gücünə diqqət!!!

Beynimiz mükəmməl forması ilə elm adamlarını heyrətlər içində qoyarkən, biz sahib olduğumuz gücün nə qədərinin fərqindəyik görəsən?

Araşdırmalara görə, beynə bənzər bir maşının hazırlanması üçün ən az 300 trilyon dollara və 1 trilyon voltluq elektrik enerjisinə ehtiyac olduğu təsbit edilmişdir. Müasir dövrün heç bir məhsulu insan beyninin potensial gücünə yaxınlaşmır belə… Beynimizin bir qramında dünyadakı bütün telekommunikasiya sistemindən daha çox bağlantı vardır. (Prof. Dr. Rassell). 
Beyin şüurlu və ya şüursuz vücudun bütün hərəkətlərini kontrol edən yoxlama mərkəzidir. Duyğu, yaddaş, düşüncə və danışıqdan məsuliyyətlidir. Sağ beyin doğumdan ölənə qədər bütün xatirələri depolayır, heç birini silmir, arxivdə saxlayır. Beyin bütün qorunma yollarını bilir. Duyğular və hadisələr arasında əlaqə qurur. Xəyal və gerçəyi bir – birindən ayırmaz. Qəbul etdiyi hər fikri reallaşdırmağa meyllidir. Real məlumatdan çox xəyala önəm verər. Buna görə də həmişə xəyal gücü xüsusilə vurğulanır. Əmrlərə uymağı sevir, tez – tez təkrarlanan davranış və düşüncələri avtomatik şəkildə edər. İnandığımız hər şeyi bir əmr olaraq qəbul edər, bütün hüceyrələrə də bu mesajı daşıyaraq onu gerçəkləşdirmək üçün çalışır və gerçəkləşdirir də. 
 
Buna görə də içinizdəki gücün fərqinə varın! Nəyə inandığınıza, nəyi ən çox düşündüyünüzə və nəyi ən çox təkrarladığınıza diqqət edin. Çünki, içinizdə kainatın ən böyük gücü (Yaradandan sonra) hər saniyə sizə xidmət etmək üçün gözləyir. Yanlış mesajlar, yanlış nəticələr doğurur: şüuraltınıza fərqində olaraq həqiqətən istədiyiniz mesajları yollayın. Şüuraaltı doğru – yanlış, pis – yaxşı, müsbət – mənfi bilməz. Siz ona nə çatdırsanız, onu qəbul edir və gerçəkləşdirmək üçün çalışır. 
 
Bəs siz şüuraltınıza hansı mesajları göndərirsiniz? Fərqindəsinizmi? 
 

ŞƏRH YAZIN