Dostluğa Aid Deyilmiş Gözəl Sözlər

0
115331
Dostluğa Aid Deyilmiş Gözəl Sözlər

Əsl yoldaşlıq iki bədəndə yaşayan bir ruhdur. Aristotel

Qüsurlarınızı söyləyə biləcək yoldaş tapın. Boileau
 
Bir sirrin məsuliyyətini yoldaşına vermədən əvvəl yaxşı düşün.
 
Budaq küləyi bağışlamışdır, amma qırılmışdır bir dəfə.
 
Həyatın ən gözəl anı hər şeydən imtina etdiyiniz zaman sizi həyata bağlayan birinin olduğunu düşündüyünüz andır.
 
Dostlarınla elə yaşa ki, düşmən olduğunda haqqında söyləyəcək sözləri olmasın. Düşmənlərinlə elə yaşa ki, dost olduğunda üzün qızarmasın. 
 
Bir gün istiliyi ilə istilənə biləcəyin bir dost tapsan, səni qovsa da yanından ayrılma. Bir dost soyuqluğu ilə sənə əsdiyində isə üşümək istəmirsənsə, sənə sarılsa da burax onu.
 
Dostunun alınındakı ağcaqanadı baltayla qovma! Çin atalar sözü
 
Dostluq, ayrı olduqları zaman insanları birlikdə tutar.
 
Qardaşlarımı Allah yaratdı, lakin dostlarımı mən tapdım. Goethe
 
Yoldaşlar atəş kimidirlər. Azı nemət, çoxu fəlakətdir.
 
Yanında tənqidçi bir dost varsa, insan daha tez irəliləyər.
 
Əsl dostlar, yaxşı günlərdə dəvət edilincə sizi ziyarət edər. Pis günlərinizdə dəvət edilmədən gəlirlər. Theopmrastus
 
Dostun yumruğu ağrıdır. Həzrəti Əli Əleyhisəllam
 
Zəiflərin kini, dostluqları qədər təhlükəli deyil. Vauvenargeus
 
İnsanların ən acizi dost əldə etməyəndir. Bundan da acizi isə dostunu itirəndir.
 
Tək öz nəfsini düşünüb dost axtaran, xidmətçi axtarır deməkdir. Cənab Səhabətdin
 
Dost pis günlərdə müəyyən olar. Yaxşı günlərdə isə yüzlərlə tapılar. Attar
 
Dostluqda hörməti itirən, onun ən böyük bəzəyini itirmiş olar. Cicero
 
Ayıbsız dost axtaran dostsuz qalar. Mövlana
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN