Dahilərdən Səhvlər Haqqında

0
8588
Dahilərdən Səhvlər Haqqında

Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir. ( Bertold Brext: Alman yazıçısı )

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq. ( Sabine Tastu: Fransız şairi )
 
Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər. (İohann Volfanq Höte: ( Alman şairi )
 
Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. ( Qabriel Onore Marsel: Fransız filosofu )
 
Başqalarının etdiyi xətalara görə qəzəbləndikdə onları yox, özümüzü cəzalandırmış oluruq. ( İmmanuel Kant: ( Alman filosofu )
 
Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır. ( naməlum )
 
Qəbul edilən bir xəta qazanılmış bir zəfərdir. ( Naməlum )
 
Ən böyük xəta xətaların fərqinə varmamaqdır. ( Tomas Karleyl: Şotland yazıçısı )
 
Xəta etmək bir şey deyil, onu unutmaq pisdir. ( Konfutsi: Qədim Çin Mütəfəkkiri )
 
Səhvi düzəltməmək ən böyük səhvdir. ( Konfutsi )
 
Əvvəlcə həqiqəti bilmək lazımdır, həqiqət bilinərsə, səhv də bilinər. Ancaq əvvəlcə səhv bilinərsə, həqiqətə çatmaq olmaz. ( Əbu
 
Nəsr Muhəmməd əl-Fərabi: Qazaxıstan filosofu )
 
Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir. ( Tomas Karleyl)
 
Çalış bu dünyada səhv eyləmə sən,
 
Çox bizim kimilər yanmış səhvindən. ( Nizami Gəncəvi )
 

ŞƏRH YAZIN