Xoşbəxt Olmaq İstəyirsinizsə...

0
3241
Xoşbəxt Olmaq İstəyirsinizsə...

1) Hər kəs keçmişini unudaraq gələcəyini yaşamalıdır. Etdiyi səflərdən dərs çıxarmalı və  həmin səhvin peşmançılığını bir daha yaşamamaq üçün daha düzgün addımlar atmalıdır. Düşünməlidirki keçmiş hər zaman keçmişdə qalır.
 
2) Hər gününüzə şükür etməyi bacarın. Bu sizə daha çox xeyir gətirəcək sizi xoşbəxt edəcək . Uğur qazandığınız zaman buna ürəkdən sevinin . Elə insanlar varki sizin əldə etdiyiniz uğura çata bilməz buna görədə hər gününüzə şükür edin. Qazandıqlarınızın qərdini bilin .  
 
3) İnsanı tamamlayan şeylərdən başlıcası mənəvi dəyərlərdir. İlk öncə özünüzü sevin . Daha sonra ətrafınızdakı insanları sevin onlara dəyər verin ,zaman ayırın. 
 
4) Əgər sağlamsansa iş qabiliyyətinə maliksənsə sevdiklərin yanındadırsa deməli sən xoşbəxt insansan . Allahın mərhəmətinə laiqsən və buna görədə şükür etməlisən. Əlindəkilərin qədrini bilib Naşükürlük etməməlisən . 
 
5) Rəqabət yaxşı şeydir ancaq paxıllığa doğru getməsə daha yaxşı olar. Ətrafınızdakı insanların uğurlarına sevinin çalışın ki sizdə uğur  əldə edəsiniz. Onlara baxıb motivasiya əldə edin . Paxıllıq yaxşı hiss deyil və bundan uzağ olun .
 
6) Sevib-sevilmək dünyada ən gözəl hissdir. Sevgisiz həyatın bir mənası yoxdur . Sevdiklərinizin qədrini bilin onlara sevginizi göstərin. Onları daha çox sevin . 
 
7) Həyatda istədiklərimizə çatmaq üçün müəyyən çətinliklərdən keçməliyik. Bəzən istədiklərimizi əldə etməyə də bilərik buna görə əsəbləşib pis olmağa dəyməz . Allah hər kəsə hər şeyə sahıb olmaq şansını vermir . Hər şey məndə də olmalıdır deyə bir şey yoxdur. Bu fikri ağlınızdan çıxardsaz daha yaxşı olar. 
 
8) Həyatınızı sevgi ilə doldurun . sevgi ən gözəl zənginlikdir. Xoş münasibət qayğı yaşaya bildiyimiz gözəl duyğulardır. 
 
9) Allah bağışlayan və mehribandır . Buna görədə bizdə mərhəmətli olmalı bağışlamağı bacarmalıyıq. Əgər qəlbin təmiz deyilsə Allah qatında heç bir savabın olmayacaq. Buna görədə etrafınızdakılarla sevgi dolu və mehriban olun , Mərhəmət hissinə sahib olun.  
 
10)Sağlam bədəndə sağlam ruh olar . Əgər tanrının verdiyi canın qeydinə qalmasağ biz onu itirə bilərik . Heç vaxt sağlamlığınızı riskə atmayın .  Öz canınızı sevin onu qoruyun . Ən böyük xoşbəxtlik sağlamlığa sahıb olmaqdır. 
 
11) Başqalarını sevmək üçün ilk öncə özünüzü sevin . Ətrafınızdakı insanları sevin qoruyun onlara dəyər verdiyinizi göstərin . Başqalarınıda xoşbəxt etməyə çalışın ki, sizdə xoşbəxt ola biləsiniz. Dəyər ,sevgi verin ki qarşılığını görəsiniz. 
 

ŞƏRH YAZIN