Yalnız Biz Özümüz, Öz Həyatımızı Yaxşılaşdıra Bilərik

0
4856
Yalnız Biz Özümüz, Öz Həyatımızı Yaxşılaşdıra Bilərik

Öz həyatımızın məsuliyyətini öz üzərimizə almalı, öz həyatımıza özümüz cavabdeh olmalıyıq. Öz həyatımızda özümüz intizam yaratmalı, öz həyatımızın sükanını öz əlimizə almalıyıq. 
 
Öz həyatımızda özümüz dönüş yaratmalı, öz həyatımızı özümüz yaxşılaşdırmalıyıq. Özümüzü ələ alıb, öz həyatımızı səhmana salmalıyıq.    Unutmayaq ki, bunu bizim üçün bizim özümüzdən başqa heç kim etməyəcək. 
 
Özümüz özümüzü düşünməli, özümüz özümüzün qayğısına qalmalıyıq. Özümüz özümüzə faydalı olmalıyıq. Özümüz özümüzü qorumalıyıq, özümüz özümüzü xilas etməliyik, özümüz özümüzü ucaltmalıyıq. 
 
Özümüz özümüzə kömək etməsək, heç kim bizə kömək etməyəcək. 
 
Özümüz özümüzə inanmasaq, kimsə bizə inanmayacaq. 
 
Öz istedadımızı kəşf edib, öz həyat yolumuzu müəyyən etməsək, heç kim bunu bizim üçün etmeyecek. 
 
Öz bilik və bacarıqlarımızı təkmilləşdirib, öz həyatımızı yaxşılaşdırmasaq, heç kim bunu bizim üçün etməyəcək. 
 
Özünə kömək edə biləcək insan, elə sən özünsən. 
 
Öz həyatını yaxşılaşdıracaq  insan, elə sən özünsən.
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN