Uğurun 5 qaydası!

0
1937
Uğurun 5 qaydası!

İstək – nəyisə əldə etmək üçün ilk növbədə onu şiddətlə istəməlisən. Bu istək çox güclü olmalıdır, arzuna bağlı olmalısan.

İstək olmasa hərəkətə keçmək üçün yetərincə həvəsiniz olmayacaq. Çətinliklərin öhtəsindən gəlmək üçün dözümünüz olmayacaq, tabınız çatmayacaqdır.
 
İnam - bəzən istək olur, amma şəraitə və ya özünüzə inamımız yetərincə olmur. Özünə inam ən vacib şərtlərdən biridir. Özünüzə inanmadan başqasını da inandıra bilməyəcəksiniz. Kimdənsə məsləhət alırsınız, içinizi şübhələr bürüyür. Heç zaman uğursuz insanlardan məsləhət almayın. Özləri nəsə əldə edə bilməyənlər, sizi də inandıracaq ki, siz də bunu edə bilməzsiniz.
 
İcra – istək və inam önəmlidir, amma siz işə, icraya keçməsəniz arzularınız elə istək olaraq qalacaq. İşləmək, hədəflər qurmaq, planlamaq və icra etmək, sonra  isə planlara uyğunluğa nəzarət etmək lazımdır. İcra olmadan işinizin qiymətləndirilməsi də mümkün olmayacaq.
 
Həmişə sizdən nədəsə daha üstün olan insanları seçin. Özünüzü güclü şəxsiyyətlər ilə əhatə edin, qoy onlar sizdən daha ağıllı olsun və lazım gələrsə sizə meydan oxuya bilsin. Ömür boyu tələbə qalın və bütün həyatınız boyu öyrənin.
 
İnadkarlıq – öz istəklərinə, işinə bəzən sahib çıxmaq tələb olunur. Hər şey sadəcə inadkarlıqdan, dəfələrlə etdiniz cəhdlərdən aslı olur. Hədəflərinizə, prinsiplərinizə sadiq qalaraq, inad göstərməli, israrlı olmalısınız.
 
İradə  -  həyatda güclülər deyil, iradəlilər qazanır. Buna əmin olun yetər. Təslim olmağa hazır olduğunuz an, qalibiyyətə, bəlkə də ən yaxın olduğunuz andır. Bunu unutmayın.
 
 

ŞƏRH YAZIN