Uğura bir addım daha yaxın!

0
670
Uğura bir addım daha yaxın!

Günü kağız üzərində bitirmədən, yeni günə başlamayın!

ABŞ-ın məşhur müxbir və motivasiya spikeri Jim Rohnun belə bir populyar deyimi var: “never begin the day until it finished on the paper” –  Heçvaxt, günü kağız üzərində bitirmədən, yeni günə başlamayın. Dərindən düşünüldüyündə, nə qədər dəyərli və tam mənada “həyat dəyişdirməyə qadir” bir məsləhət olduğunu dərk etmək mümkündür. Hər səhər gün ərzində edəcəyimiz şeylərin planını vərəqə yazmaq və gün boyunca onlara əməl etmək həqiqətən çox vacibdir.
 
Heçvaxt təkbaşına yemək yeməyin!
 
Keith Ferrazzinin ABŞ-la yanaşı dünyanın bir çox yerində bestsellerə çevrilən şəxsi inkşaf kitabından sitat gətirəcəyik. Ferrazi nahar fasiləsini bizə bəxş edilən və networkinq etməyimiz üçün ən uyğun zaman kəsiyi adlandırır. Uğurlu şəxslərin günlük həyatlarına baxsaq onlar demək olar ki, naharlarını köhnə dostları və ya yeni insanlarla edirlər. Bu yolla həm yeni əlaqələr qurulur, həm də köhnə bağlantılar qorunub saxlanılır. Həmçinin hər dəfə fərqli insanlarla nahar etmək, yeni və faydalı nəsə öyrənəcəyinizin təminatıdır.
 
Özünüz üçün pul yığın!
 
Əksər insanlar pulun insana verdiyi özgüvən və cəsarətdən xəbərsiz yaşayırlar. Hətta bəziləri yaxşı qazansalar da, “pul yığmaq” strategiyasını inkşaf etdirməyiblər. Onlar ay boyu qazandıqlarının hamsını xərcləyir və növbəti ay sıfırdan başlamağı seçirlər. Halbuki, nə qədər çox şey itirdiklərinin fərqinə varmırlar. Bütün bu sadalananların maddiyyata dəyər verməklə heç bir əlaqəsi yoxdur, əksinə pulun sizə dəyər qazandırmasından bəhs edirik.  Jim Rohnun bu məsələ ilə bağlı çox gözəl fikri var: “ varlı insanlarla, maddi cəhətdən sıxıntı çəkən insanlar arasında bir fərq var; varlılar əvvəlcə öz ehtiyyat tədbirlərini görür, daha sonra pullarını xərcləməyə başlayır. Kasıblar isə əvvəlcə xərcləyir, sonra yerdə qalanı yığmağa çalışırlar.”
 
Televiziya izləməkdən əl çəkin!
 
Uğurlu şəxslərin demək olar ki, 90%-i televiziya kanallarından bəlkə də xəbərizdirlər. Onlar vaxtlarını səmərəsiz TV proqramlara xərcləməkdənsə daha faydalı işlərlə məşğul olurlar. Siz də bu məsləhətdən yaralana bilərsiniz. Əyləncəyə yer vermək istəyəndə isə, maraqlı, maarifləndirici kinolar, sənədli filmlər, intellektual yarışmalar və ya xəbərlər proqramını izləyə bilərsiniz. Gününüzün böyük hissəsini televiziya qarşısında keçirmək sizə fayda verməyəcək.Əgər bu pis vərdişinizdən uzaqlaşmağı bacarsanız, çoxlu asudə vaxt qazanacağınıza özünüz şahid olacaqsınız.
 
Təcili olaraq neqativ enerji ötürən insanlardan uzaqlaşın!
 
Özünüz hiss etməsəniz belə, həmin insanlar sizi zəhərləyir. Pessimizm şüuraltınıza yerləşir və orada cücərməyə başlayır. Dünyanı seyr edən eynəklərininz çirklənir və ətrafa daha ümidsiz nəzərlərlə baxmağa başlayırsınız. Halbuki, ən çarəsiz vəziyyətlərdə belə ümid verən nəyisə və ya kimisə tapa bilərsininz. Bədbin insanların sizi ruhdan salmağına imkan verməyin.  Əksinə siz onları depresiyadan çıxarmağa çalışın əgər alınmırsa, uzaqlaşın, onların sizi boğmağına icazə verməyin!
 

ŞƏRH YAZIN