Dodaq Şəklinə Görə Xarakteriniz

0
17733
Dodaq Şəklinə Görə Xarakteriniz

Dodaqlarınızın şəkli xarakterinizdən xəbər verir. Məhz dodaq tərzinizə görə xarakter təhliliniz.

Orta qalın dodaqlar.
 
Bu dodaqların müəyyən bir üst dodaq yayı yoxdur. Bu tərz dodaqlarınız varsa, münasibətlərinizdə tarazlığı qoruyub saxlaya bilirsiniz. Maraq həvəskarı və yapışqan olub insanları boğmasanız da bağlanmaq hissini yaşamaq istəyirsiniz.
 
İncə dodaqlar.
 
İncə dodaqlarınız varsa, yalnız olmağı sevənlərdənsiniz, çünki asan inananlardan deyilsiniz. Başqalarının yanınızda olmasına ehtiyacınız yoxdur. Sevgi dilindən çox başa düşməsəniz də bu sizin bir münasibətdə pis olduğunuz anlamına gəlməz. Özünüzə qapanıq olduğunuz üçün insanlar sizi anlamaqda çətinlik çəkir.
 
Dolğun üst dodaqlar.
 
Çinlilərin inancına görə üzündəki bir nöqtəni dəyişsən, taleyini də dəyişdirmiş olarsan. Əgər dodaqlarınızı bu şəkildə dəyişdirmisinizsə, eqoistsiniz və möhtacsınız. Münasibətlərinizdə isə oyun oynamağı sevirsiniz. Üst dodağınız təbii olaraq dolğundursa əgər, qarşınızdakının ehtiyaclarına öz ehtiyaclarınız qədər əhəmiyyət verirsiniz. Hər şeydən əvvəl bəxş etməyi çox sevən bir insansınız.
 
Dolğun alt dodaqlar.
 
Kylie Jenner kimi alt dodağınız üst dodağınızdan dolğundursa, hər an təriflənmək istəyirsiniz. Eyni zamanda zövq axtaran birisiniz və çox əyləncəlisiniz. Həyatın dadını çıxarmaqdan həzz alırsınız ki, insanların bu xüsusiyyətinizdən hədsiz dərəcədə çox xoşu gəlir.
 
Dodaq yayı qabarıq dodaqlar.
 
Rihanna kimi təpəli görünən bir dodaq yayına maliksinizsə, yaxşı bir ünsiyyətçisiniz, sürətli düşünürsünüz və bir o qədər də yaradıcısınız. Çıxışdan əvvəl yaxşı-pis düşünmürsünüz, buna görə də ətrafınızdakıları incidirsiniz.
 
Dodaq yayı dairəvi olan dodaqlar.
 
Bu tərz dodaqlara sahibsinizsə, dünyanın ən kübar insanı ola bilərsiniz. Adətən çox mehribansız və insanlarla vaxt keçirməyi xoşlayırsınız. Əminəm ki, ətrafınızdakılar sizin nə qədər düşüncəli olduğunuzdan bəhs edib durur.
 
Dodaq yayı bilinməyən dodaqlar.
 
Duyğusallıq heç vaxt sizə görə deyil. Məsuliyyət sahibisiniz, amma digər insanların problemlərini həll etməklə məşğul olmursunuz.
 
Alt və üst mərkəzdə bitişən dolğun dodaqlar.
 
Səhnə işıqları altında təbii çıxışlar təqdim etmək sizin işinizdir. Diqqət çəkməyi sevirsiniz və heç vaxt tək qalmağı sevmirsiniz. Münasibətlərinizdə həyəcan axtarırsınız. Dodaq mərkəzi dolğunluq rahatlığınıza olan bağlılığınızı, kənarlardakı incəlik isə əyləncə sevdiyinizi qeyd edir.
 
Dolğun dodaqlar.
 
Ancelina Jolinin özü qədər məşhur olan dolğun dodaqlarına maliksinizsə, ana olmaq sizin üçün böyük bir həvəsdir. Ətrafınızdakı insanlara çox qiymət verirsiniz və onlara özünüzdən çox əhəmiyyət verirsiniz. Başqalarını ön planda tutarkən eyni zamanda bundan zövq alırsınız.
 
Kiçik dolğun dodaqlar.
 
Kiçik, amma incə dodaqlarınız varsa, münasibətdə qarşınızdakına bağlanmaqda çətinlik çəkirsiniz. Kiçik və dolğun dodaqlısınızsa, münasibətlərinizdə öz ehtiyaclarınızın ön planda tutulmasını istəyirsiniz. Bu məsələni daha ən başdan tərəf müqabilinizlə danışmadan münasibətə başlamırsınız. Əgər qarşı tərəf istədiyiniz kimi davranırsa, onun haqqında daha yaxşı şeylər düşünürsünüz.
 
Üst dodağı xətt kimi olan dodaqlar.
 
Kişilərin yüzdə 60-ının sahib olduğu bu dodaqlar, onların işi və uğuru əlaqələrinin üzərində tutduğunu göstərir. Sizin də belə dodaqlarınız varsa, münasibətlərinizdə heç rahat deyilsiniz, buna görə də onu sıxırsınız.
 
Böyük ağız quruluşuna malik qalın dodaqlar.
 
Bu tərz bir dodağınız varsa, olduqca səxavətlisiniz və digər insanlara kömək etməyi xoşlayırsınız. Digər tərəfdən, böyük bir ağzınız və incə dodaqlarınız varsa, eqoistsiniz və digər insanlara heç əhəmiyyət vermirsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN