Utancaqlığa Son Verin!

0
3035
Utancaqlığa Son Verin!

Utancaqlıq sizin üçün dəf edə bilmədiyiniz bir xüsusiyyətdir. Uğurunuza, ünsiyyətinizə, addımınız, başlanğıclara mane olur amma onu silib atmağı bacarmırsınız. O zaman bu məsləhətlərimiz sırf sizin üçündür :

Mənfi düşüncələri silin:
Biriylə tanış olduğunuz anda içinizi mənfilik örtür, "Səhv bir şey söyləməməliyəm, ya lağ edərsə?" kimi başınızı örtən düşüncələr sizə maneə törədir.
 
Bütün bu düşüncələri yaxşıca araşdırın və obyektiv bir şəkildə nəzərdən keçirin. Həqiqətən ən kiçik səhvinizi gözlədiyinəmi inanırsınız? Realist olun, sizi darıxdırıcı olaraq görsə sizlə söhbət içərsində olmaz.
 
Sakit olun:
Həyəcanlandığınızda duyğularınız sizi ələ keçirir və bütün idarənizi itirirsiniz. Buna bir son verin! Rahatlayın, sakit nəfəs alın və üzərinizdəki təzyiqi uzaqlaşdıracaq bir şeylər düşünün.
 
Özünüzü sevməyi öyrənin:
Utancaqlıq özünə inam əskikliyindən qaynaqlanar. Başqalarının qarşısında özünüzü ifadə etməyə çəkinmənizin səbəbi özünüzü darıxdırıcı ya da bənzər şəkildə hiss etməniz ola bilər. Yəni, bu o demək olur ki özünüzü kifayət qədər sevmirsiniz.
 
Özünüzə olan baxış bucağınızı dəyişdirsəniz, özünüzə güvənməyə də başlaya bilərsiniz. Güclü olduğunuz istiqamətlərinizi sıralayın və ağılınızdan heç çıxarmayın.
 
Qorxularınızın üzərinə gedin:
Unutmayın, sınaya-sınaya öhdəsindən gələcəksiniz. Kiçik addımlarla irəliləyin. Məsələn, tanımadığınız birinin yanından keçərkən başınızı önə əymək yerinə gülümsəyərək keçməkdən başlaya bilərsiniz.
 
Lazımdırsa kömək alın:
Əgər bu sadə tövsiyələr kafi olmursa bir mütəxəssisə müraciət edin. Sizə şəxsi inkişaf mütəxəssisləri özünüzə güvən qazanmanıza köməkçi olacaq.
 

ŞƏRH YAZIN