-Əgər siz öz fikrinizi 6 yaşlı uşağa izah edə bilmirsinizsə, bu o deməkdir ki, siz öz fikirlərinizi hətta özünüzə çatdırmaq iqtidarında deyilsiniz.
-Hər hansı bir işin strukturunu bilmədikdə o işin icrasına başlamaq çətin olur. Ömrünüz boyunca tanıdığınız ən yaxşı müəllimlərinizi yadınıza salın. Öz fikirlərini sizə çatdırmaq üçün sadə danışıq dilindən istifadə etdiklərini xatırlayın.
-Yaradıcılıq potensialı "yoluxucu"dur, onu sirayət etdirin.
-Digər insanları sevdikləri işlərlə məşğul olmağa həvəsləndirin. Beyninizə gələn yaradıcı ideyalar vasitəsilə ətrafda "domino effekti" yarada bilərsiniz.
-Həyatda səhv etməməyin yeganə yolu yeni ideyaları gerçəkləşdirməkdən və risk etməkdən uzaq durmaqdır.
-Bir insan cəhd etməkdən yorulmadıqca, məğlub olmuş sayılmaz.
-Enşteyn həyatının böyük bir hissəsini fizika nəzəriyyələrinə həsr etmişdir. Hər bir insan öz üzərində işləməli və heç bir uğursuzluğa baxmayaraq hər zaman problemlərini həll etmək üçün çalışmalıdır. Çünki insan səhv etdikdə deyil, cəhd etməkdən yorulduqda həyatda məğlub sayılır.
-Heç vaxt gələcək haqqında düşünmürəm, çünki tez ya gec gələcək.
-Yalnızca gələcəyi düşünməklə və bu düşüncə ilə addımlar atmaqla uğur əldə etmək mümkün deyil. Hər anın öz hökmü var. Bugünü yaşayın və gələcəyə dair narahatlıqların sizi ələ keçirməsinə izin verməyin.
-Mənim ixtiralarım qeyri-adi düşüncənin məhsuludur.
-Hər şey insanın öz çərçivələrini qırması, öz qeyri-adi düşüncələrini qapalı qaldıqları qutudan azad etməsi və bu qeyri-adi düşüncələri reallaşdırması ilə başlayır. Qaydalara uyğun olaraq atdığınız addımlar sizə ənənəvi nəticələ qazandırır. Ənənəvi olmayan nəticələr əldə etmək üçün ənəvi olmayan düşüncə tərzinə sahib olmaq lazımdır.
-Təxəyyül tədqiqatın ən yüksək zirvəsidir.
-İnsan xəyal edərkən sanki rəssama bənzəyir. Xəyal gücü ilə bütün daxili aləmini əks etdirir. Təxəyyül bilikdən daha vacibdir. Bilik məhduddur. Lakin təxəyyül bütün dünyanı əhatə edəcək qədər genişdir.
-Yalnız absurd addım atan şəxslər mümkünsüzə nail ola bilərlər.
-Başqalarına cəfəngiyyat kimi görünən fikir sizin məqsədiniz ola bilər. Bu məqsədə çatmaq üçün siz bütün riskləri nəzərə alıb addım atırsınız, sonda mümkünsüzə nail olmaqla qeyri-adi nəticə əldə edirsiniz. Bununla, siz başqalarına maneə və ya imkansız kimi görünən bir işin öhdəsindən gəlmiş olursunuz.
-Gündəlik həyatımızdan da bildiyimiz kimi, biz ilk növbədə digər insanlar üçün yaşayırıq. Bizim xoşbəxtliyimiz onların təbəssümündən və rifahından asılıdır.
-Həyat başqa bir insan üçün yaşamadığımız təqdirdə dəyərli deyildir.
-Əgər ətrafınızdakı insanları həyatanızın ən önəmli insanları hesab etsəniz, bu zaman onlar sizi yüksək qiymətləndirəcək və sizin onlara göstərdiyiniz qayğını anlayacaq. İşinizin çox olduğu günlərdə də ətrafınızdakı insanlara diqqət göstərməyi unutmayın. Onlara sizin üçün dəyərli olduqlarını hiss etdirin. Yanınızda olduqları üçün onlara təşəkkür edin.
-Tələbə içi doldurulmuş bir konteyner deyil, yola işıq saçan məşəldir.
-Öz fikirlərinizi digər insanlarla paylaşın. Bəlkə də bu fikirlər digər insanlarda bir həyat qığılcımı yarada bilər və bununla onlar hər zaman reallaşdırmaq istədikləri bir planın icrasına başlaya bilərlər. Fikirlərinizi və biliyinizi heç kimlə paylaşmayıb yalnız özünüz üçün saxlasanız, bu zaman digər insanlara bir faydanız olamayacaq.
-Hər zaman sizə görə doğru olanı edin. Bu addımınız bəzilərini sevindirəcək, bəzilərini isə təəccübləndirəcək.
-Yolayırıcına gəldikdə və ya beyniniz sizdən bir qərar tələb etdikdə, bu zaman sizə görə doğru olan qərarı seçin. Qərar verərkən digər alternativin daha asan olduğu hissinə qapıla bilərsiniz, lakin seçdiyiniz qərarın sizi gələcəkdə daha böyük imkanlarla təmin edəcəyindən və doğru seçim olduğundan əmin olsanız, bu addımı atmalısınız deməkdir.