Fridrix Nitşedən Aforizmlər

0
7022
Fridrix Nitşedən Aforizmlər

Xoşbəxtlik hədəf deyildir. Əksinə, qüdrət duyğusu hədəfdir. İnsanın və insanlığın daxilində dəhşət verici bir güc, özünü boşaltmaq, mövcud etmək istəyir. O, heç bir vaxt xoşbəxtlik hədəfi olmayan partlayışların ardıcıl zənciridir.

Xəyalımızın məhv edilməsi, bizə hələ həqiqət vermir, bizim bilmədiklərimizi artırır, boş fəzamızı genişləndirir.
 
Özünün əldə edə biləcəyin haqqın, başqaları tərəfindən sənə hədiyə edilməsinə razı olma.
 
Gerçək kəşf edilmir yaradılır. Bu sonu olmayan bir prosesdir.
 
İnsan bərk-bərk tutmalıdır ürəyini, tutmalıdır ki, getməsin. Əgər getməyinə icazə versə, çox keçmədən ağlı da ürəyinin arxasınca gedər.
 
Danışmağa uğuru olmayan, çəkdiyi acıyla öyünür.
 
İnsan, pis fikirləri olduğuna görə utanmaz. Özgələrin, onun pis fikirlərini bilmə ehtimalından utanar.
 
Qorxunu bilən, amma onu məğlub edəndə vardır ürək; uçurumu görən, amma qürurla izləyəndə.
 
Uçurumu görən, amma qartal gözləriylə baxanda, uçurumu qartal pəncələriylə qavrayanda vardır ürək.
 
Azadlıq nədir? Heç kimin qarşısında utanmamaq.
 
Bir gənci azdırmğın ən yaxşı yolu, ona, eyni düşünəni fərqli düşünəndən daha çox saymağı öyrətməkdir.   
 
Kim canavarla döyüşməyi fikirləşirsə, bir canavara çevrilməyi də fikirləşsin.Uçuruma uzun-uzun baxarsınızsa, uçurum da sizin gözlərinizin içinə baxmağa başlayar.   
 
İnsanlığın daxilində dəhşət verici bir güc, özünü deşarj etmə, ürəyində olanları boşaltma istəyidir.   
 
Həqiqi və böyük uğurlar, xoşbəxtliklə tanış deyil.   
 
Bir şeydə ilkin olmağı istəyənə yaxşı deyilir. Amma bir başqasından qabaqda olmaq istəməyənə də yaxşı deyirlər.
 

ŞƏRH YAZIN