İşinizi Yüksəltmək İstəyirsinizsə Mütləq Oxuyun..

0
2307
İşinizi Yüksəltmək İstəyirsinizsə Mütləq Oxuyun..

1. İşdən gözləntilərinizin nə olduğunu bilməlisiniz.

İlk öncə işdən nə gözlədiyinizi bilməlisiniz. Ümumiyyətlə heç bu barədə düşünmüsünüzmü? Hələ də nə olacağınızı, hara doğru irəliləmək istədiyinizi bilmirsinizsə, bu sizə gələcək karyera həyatınız üçün böyük bir problemdir. Uğurlu iş həyatınızın olmağını istəyirsinizsə, mütləq işdən gözləntilərinizin nə olduğunu müəyyənləşdirməlisiniz.
 
2. Zəif cəhətlərinizi müəyyən edin.
 
İrəliyə getmək istəyirsinizsə, diqqətə alacağınız amillərdən biri də zəif cəhətlərinizi müəyyənləşdirməyinizdir. Bunun üçün çevrənizdəki insanların da fikrini öyrənsəniz daha yaxşı olar. Daha sonra isə onları yavaş-yavaş aradan qaldırmağı qarşınıza məqsəd qoyun.
 
3. Güclü tərəfləriniz daha çox olsun.
 
Unutmayın ki, hər kəs sizin zəif cəhətlərinizdən istifadə edə bilər. Hal-hazırda iş həyatında hər kəs irəliyə getmək üçün özlərini bir şəkildə göstərirlər. Siz də irəliyə getmək və işdə daha çox uğur qazanmaq istəyirsinizsə, zəif cəhətlərinizi mütləq şəkildə aradan qaldırmalısınız. Ən azından güclü tərəfələrinizin daha çox olması üçün çalışmalısınız. Çalışın ki, məntiqiniz, dünya görünüşünüz daha da güclənsin. Belə olduqda heç kim sizi aldada bilməz. Ünsiyyət qurabilmə bacarıqlarınızı isə daha da təkmilləşdirin.
 
4. Bacarıq və təcrübələrinizi tanıtdırın. 
 
Ətrafınızın geniş olmağı sizin iş həyatınız üçün çox vacibdir. Çünki yeni iş elanlarını çox zaman dostlarımız, tanışlarımız vasitəsilə öyrənirik. Bunun üçün insanların sizin bacarıq və təcrübələrinizdən xəbərdar olması lazımdır və ən əsası çevrənizi genişləndirməlisiniz.
   
5. İşi hər şəkildə dəyərləndirin. 
 
İş sizə maddi dəyərdən əlavə başqa şeylər də qazandırır. Bu işi istəməkdə məqsədiniz nədir? Uzun müddətli iş planınıza uyğun gəlirmi? 
 
İş təklifini dəyərləndirməmişdən öncə bunları gözdən keçirməlisiniz: 
 
Bu iş bacarıqlarınızı göstərməkdə nə qədər sizə kömək olacaq?
 
Bu iş uzun müddətli karyera planlarınıza uyğundurmu? Bu işi bir yüksəliş olaraq görürsünüzmü, yoxsa sadəcə iş olaraq sizi qane edirmi? 
 
Müdirinizi yaxından tanıyın. Baxın görün onunla işləmək rahatdırmı və nə dərəcədə rəhbərlik tərzi xoşunuza gəlir?
 
İş yoldaşlarınızla tanış olun: İşləyəcəyiniz insanlar ilə rahat bir şəkildə çalışabiləcəyinizi, onlar ilə uğurlu ünsiyyət qurabiləcəyinizi düşünürsünüzmü? 
 
Çalışacağınız iş yeri sizi qane edirmi? Sizin gözləntilərinizi nə qədər təmin edir? 
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN