Pozitiv Olmaq

0
3599
Pozitiv Olmaq

Pozitiv pozitiv deyib durduğumuz bu duyğunun içindəkilər nədir? 

Anlıq sevinc hissi, hüzur, şükr etmək və ilham. Bunlardır yəni. 
 
Bəli, neqativ pozitivdən daha çox görünə bilər, amma pozitiv anlar sayca çoxdur. 
 
Və hər neqativ düşüncəni alt etmək üçün, üç pozitiv düşüncə lazımdır.
 
Neqativə meyl doğulandan bəri  zəif cəhətimiz olduğundan dərhal diqqətimizi çəkirlər. 
Sizə pis bir şey söyləyən bir insan dərhal kefinizin pozulmasına səbəb ola bilər.
 
Yaxşı, bəs çıxış yolumuz nədir? 
 
Çətinliklər qarşısında bəziləri yıxıldığı halda, digərləri necə tullanır çətinliyin  üzərindən? Bunu bacaran insanlar , özləri pozitiv duyğu yarada bilənlərdir. 
 
Mənfinin yanında həmişə müsbəti tapa bilirlər.
 
Fəlakətlər qarşısında belə faciəni görüb, təsəlli olacaq yaxşı cümləni qura bilmək böyük üstünlükdür yəni.
 
Hər işdə pozitivi görməyə çalışın, həyatınınzın bir anda necə dəyişdiyini özünüz görəcəksiniz.
 

ŞƏRH YAZIN