Adi pul qabı oğurluğu yeniyetmənin həyatını dəyişdi

0
5536
Adi pul qabı oğurluğu yeniyetmənin həyatını dəyişdi

Bir bar sahibinin itmiş pul qabı axtarışına çıxması gənc bir insanın həyatını dəyişməsinə gətirib çıxarır.

Bu ilin mart ayında Cimmi Gillisin barına həyəcan siqnalı daxil oldu. Günorta Şimali Karolinanın Vraytsvill çimərliyində olan evil bir qadın öz pul kisəsini tapa bilmədi. Onu narahat edən pul qabının içindəki şəxsiyyət vəsiqəsi, kredit kartları və ya 150 dollar nəğd pul deyildi – onun nikah üzüyü orda idi.
 
42 yaşındakı Gillis “Red Dogs” ərazisində idi və sahibi olduğu məkanda oğurluq hadisəsinin baş verməsini gözə ala bilmədi. Beləliklə, itmiş pul kisəsinin axtarışına çıxdı. Qadının bardakı hər addımını 16 təhlükəsizlik kamerası ilə saatlarla izlədi və çıxdıqdan sonra çöldə bir skamyada oturduğunu müşahidə etdi. Gördü ki, bir neçə dəqiqə ərzində kapşonlu bir gənc skamyaya yaxınlaşıb nəyisə cibinə atdıqdan sonra oranı tərk etdi. Gillies barın facebook səhifəsində klip yayınladı və “Mənim bu adamı çarmıxa çəkmək niyyətim yoxdu. Sadəcə bu oğlanın kim olduğunu bilmək istəyirəm” dedi.
 
Gillis bir neçə saat ərzində klip haqqında bacısından məlumat alan 17 yaşındakı Rivers Prederdən bir məktub aldı. Preder iki gün heç yemək yemədiyini əsas gətirərək pul kisəsini götürdüyünü etiraf etdi. O üzüyü gördüyünü, lakin saxta olduğunu düşündüyü üçün nəğd pulu götürüb pul kisəsini üzüklə birgə okeana atdığını dedi. Sonra isə o, bir səndviç almışdı.
Gillis Prederə inanıb-inanmamaqda çətinlik çəkirdi, gəncə sahildə görüşmək istədiyini bildirdi. Danışıqlar əsnasında aydın oldu ki, Preder ailəsiylə yola gedə bilmir və bir həftədir ki, meşələrdə qalır.
 
İki uşaq atası Gillis Prederi aşağıdan yuxarı süzdü- xırda cüssəli, al yanaqları var idi- o kriminal birindən daha çox uşağa bənzəyirdi.
 
Lakin şikayət olunmuşdu. Polis artıq araşdırmalar aparırdı və Preder sırf o üzüyə görə təqsirləndirilən şəxs qismində sorğu-sual ediləcəkdi. Gillis: “O, 130 funta görə həbs olunacaqdı və mən ona bir şəkildə kömək etməliydim” 
 
Prederin pul kisəsini atdığı okean sularını axtarmaq üçün Gillis iki yerli dalğıc yönlədirdi. Bu arada polis Gillis və Prederin danışdığını öyrəndi və gəncləri stansiyaya çağırdı. Gillis polislə əlaqə saxlayaraq sabah həmin gəncin sahildə olacağını bildirdi.
Ertəsi gün günortadan sonra dedektiv deyilən yerdə gözləyirdi. İnsanlar güclü dalğalara rəğmən axtarış edən dalğıcları izləmək üçün toplaşdı. Dedektiv Prederi suallarla qaralamağa başladığında Gillis narahatlıq hissi keçirirdi. Hər ötən dəqiqə gəncin həbs olunmasına şərait yaradırdı.
 
Nəhayət bir dalğıc suyun altından baş qaldırdı. Əlində pul kisəsi və içində üzük var idi. İzləyənlərin hamısı alqışladı, hətta dedektiv özü belə sevinmişdi.
 
Gillis, pul kisəsinin sahibinə zəng edəndə göz yaşlarına hakim ola bilmədi. Pul qabının sahibi dərhal ittihamlarını geri çəkdi və 150 dollarlıq oğurluğun səbəblərini də nəzərə alaraq xüsusi proqram vasitəsilə həbs tədbiri qüvvədən düşdü.
Lakin hekayə Gillis üçün bitməmişdi. Prederin soyuq meşədə yatdığını düşünəndə hədsiz narahat olurdu. Gillis evinin Prederin yaşaması üçün kifayət qədər böyük olduğunu bilirdi.
 
O, Prederə öz həyatını quranadək öz evində yaşamasına izn verdi, üstəlik sahibi olduğu barda işlə təmin etdi.
 
Preder “CBS News”a müsahibəsində “Onun yerində kim olsaydı mənim görüntülərimi polisə verərdi, lakin o mənə kömək etməyi seçməyi seçdi. Yaşadığım hər gün ona minnətdar olacam” – deyərək öz təşəkkürünü bildirib.
 
 
Tərcümə etdi : Xədicə Mehdizadə
 

ŞƏRH YAZIN