Stressinizi Uğura Çevirin!

0
2121
Stressinizi Uğura Çevirin!

Uğur qazanmaq sizdən asılıdır. Stressi belə uğura çevirmək gücünə maliksiniz. Necə? Diqqətlə oxuyun.

Stressdən qurtulmaq üçün ilk növbədə gündəlik idmanla məşğul olun. Stressli olduğunuz anda bel və boynunuzdakı gərgin əzələlər baş ağrısına səbəb olar bilər.
 
Etməli olduğunuz işləri əhəmiyyətliliyinə uyğun şəkildə qeyd edin və ən mühüm işlərinizi birinci görün. Vacib bir işiniz var ikən digər işlərlə məşğul olmaq həm daha çox stressə səbəb olur, həm də   səhv etmə ehtimalınız artır.
 
Çalışın görüşləriniz arasında müəyyən zaman müddəti olsun. Bunun nəticəsində bir görüşünüzün müddəti uzandığı zaman, yəni, görüş daha uzun çəkdikdə ikinci görüşə vaxtında çatmaq üçün stressə düşməyəcəksiniz.
 
Çalışın, edə biləcəyinizdən daha çox işə söz verməyin, 
 
“Yox”-deməyi öyrənin.
 
Ehtiyac olduqda ailənizdən və dostlarınızdan kömək istəyin. Hansısa bir mövzu ilə bağlı kifayət qədər məlumatınız olsa da, kolleqalarınızdan, ya da dostlarınızdan yardım istəyin, çünki işi görərkən diqqətinizdən yayınan bir məsələ ola bilər. Bununla daha rahat şəkildə işinizin icrasına davam edə bilərsiniz.
 
Həyət və ev işləri ilə də məşğul olun. Daha fəal ola bilmək üçün edə biləcəyiniz fəaliyyət sahələrini bir yerə qeyd edin.  Hər həftə və ya iki həftədən bir siyahıya yenilərini əlavə edin. Sevdiyiniz işlərlə məşğul olmağa çalışın.
 

ŞƏRH YAZIN