Mein Baliqçisi – Uğur Hekayəsi

0
6680
Mein Baliqçisi – Uğur Hekayəsi

Uğur  qazanmağın və yeni fikirlər yaratmağın ilk şərti bilgidir. Bir mövzu barədə fərqli və yaradıcı fikirlər bildirmək üçün, o mövzu haqqında beyin əvvəlcədən nələrsə oyrənmiş və bəzi məlumatlara sahib olmalıdır.

“Bu mövzu ilə əlaqəli indiyə qədər kimlər nə yeniliklər etmişdir?”, “Kimlər nə qazanmışdır və kimlər nə səhvlərə yol vermişdir?”, “Mövzunun hüdüdları nələrdir?” və s. bunun kimi daha başqa sualların cavablarına hazır olmaq vacibdir.

Əsasen şans deyilən faktor bilgi və təcrübənin bir yerdə bizə gətirdiyi bir şeydir. Həqiqətən şans deyilən şey yoxdur. Bu mövzu ilə əlaqəli sizə qısa bir hekayə danışmaq istəyirəm. 

Bir vaxtlar bəxtinin hər zaman gətirməsi ilə məşhur Mein balıqçısı adında bir adam olub. Mein deyilen bölgədə balıq az olmasına baxmayaraq bu adam ne vaxt balıq tutmağa gedibsə, əli dolu geri qayıdarmış. Buna görə də insanlar onun çox şanslı olduğunu düşünürmüşlər, beləliklə o ad-san qazanıb məşhurlaşıbmış.

Adamın şanslı olmağı o dərəcədə dillərə yayılıbmış ki, hər hansısa bir insanın bəxdindən danışanda insanlar “Mein baliqçısı kimi” bəxdi var deyirlərmiş.

Bİr gün balıqçı ölür. Cənazəyə gedənlər balıqçının evində balıqçılıq və dəniz məmulatlarına aid çox sayıda kitablar görürlər. O vaxtdan sonra balıqçının niyə əli boş qayıdmadığını hər kəs anlayır.

Uğur qazanmaq üçün bilgi və savad çox önəmlidir. Savadı əldə etmənin yollarıda dərslər, seminarlar, təlimlər və kitablardır. Ən asan yol isə oxumaqdır (kitab oxumaq). Buna görədə “Sürətli oxumaq” qabiliyyətinizi təkmilləşdirməyiniz lazımdır.

Uğurun təməlində savad və bilgi olmağına baxmayaraq, dövrümüzdə daha çox insanlar kitab oxumaq əvəzinə televizor izləyirlər. Kitab oxuyan insanlar beyinlərini televizor izləyən insanlardan daha əlverişli işlədirlər. Kitab oxuyarkən ümumiyyətlə beynin hər iki tərəfi, koordinasiyalı və balanslı bir halda çalışır. Beynin sol yarım kürəsi oxuyaraq sözləri və fikirləri qavrayır, sağ yarım kürəsi də bunları təsvir edir, canlandırır və xəyal qurur. Daha vacibi isə, bunun nəticəsində beyin yeni fikirlər çıxarmağa başlayır. Televiziya isə hər şeyi hazır təqdim edir və beynin yalnız passiv olaraq izləməsini təmin edir. Beləliklə televiziya beynin inkişafına heç bir kömək etmir. 

ŞƏRH YAZIN