Özünüzü İnkişaf Etdirmək,Uğur Qazanmaq İstəyirsinizsə Bunları Bilməlisiniz.

0
3807
Özünüzü İnkişaf Etdirmək,Uğur Qazanmaq İstəyirsinizsə Bunları Bilməlisiniz.

1. Bilik əldə etməyiniz hələ sizin inkişaf etməyiniz demək deyil, ən önəmlisi onları tətbiq etməyi bacarmaqdır. 
 
2. Fəalliyyət olmayan yerdə  təkcə ideyanın olmağı heç nə olduğu anlamına gəlir.
 
3. Fürsətlər axtarmaqla tapılmır, onları yaratmaq lazımdır.
 
4. Həyatımızın cəmi 10%-i nəzarət edə bilmədiyimiz hadisələrin və şəraitin təsiri altındadır, qalan 90% isə bizim həmin hadisələrə necə reaksiya verməyimizdən asılıdır.
 
5. Bizim bu gün başlamadığımız iş, əlbəttə ki, sabah yekunlaşa bilməz, ona görə də heç nəyi təxirə salmaq olmaz.
 
6. Öz planlarınızı gerçəkləşdirmək üçün ideal zamanın və şəraitin yaranmasını gözləyərək, siz sonda heç nəsiz qala biləsiniz.
 
7. Əgər sadəcə indi etdiklərinizi etməyə davama etməklə kifayətlənsiniz, onda yalnız indi əldə etdiklərinizi əldə etməyə davam edəcəksiniz.
 
8. Dəyişikliklərdən qorxmaq lazım deyil. Əksər hallarda onlar məhz ən zəruri olduqları və ən düzgün vaxtlarda baş verirlər.
 
9. Nizam intizam ona görə lazımdır ki, “hər şeydən çox əldə etmək istədiyiniz” ilə “indi hər şeydən çox istədiyiniz” arasında seçim edərkən həmişə birincini seçəsiniz.
 
10. Yol nə qədər çətin olarsa, sizi sonda gözləyən uğur bir o qədər böyük olar.
 
11. Çətin vaxtlar əbədi davam edə bilməz, amma əgər insan özü hər şeyi qəlizləşdirirsə - bu həmişəlik belə qalacaq.
 
12. Müvəffəqiyyətə sahib olmuş bir çox insanlar, ona yetişənə qədər çox saylı uğursuzluqlardan keçəsi olublar.
 
13. Heç bir insana uğur anadangəlmə verilmir.
 
14. Bizim haqqında heç nə bilmədiyimiz çoxlu şeylər vardır.
 
15. Hər hansı bir nöqsanı olan planın mövcudluğu, ümumiyyətlə plansız olmaqdan daha yaxşıdır.
 
16. Əvvəlcə “hə” cavabını verməyi öyrənmək lazımdır. Bu sizin həyatınızı rəngarəng edəcək və sizə hədəfinizi tapmağa kömək edəcək. Bunu edəndən sonra “yox” deməyi öyrənin, onda siz diqqətinizi tamamı ilə həmin hədəfə yönəldəcək və qalan –ikinci dərəcəli şeylərdən imtina etməyi bacaracaqsınız.
 
17. Yaşamaq üçün necə qazanmağınızdan asılı olmayaraq, unutmayın ki, siz yalnız bir adama –özünüzə işləyirsiniz. Əsas, kimə və nə satmağa qərar verməkdir.
 
18. Hamının öz güclü tərəfləri vardır. Digəri üçün çox faydalı olan bir nüans və amil sizin üçün tamamı ilə yararsız ola bilər.
 
19. Siz heç zaman yaxşı ideya sahibi ola bilməzsiniz, əgər bundan öncə çox sayda pis ideya yaratmamısınızsa (yəni insan öz səhvləri üzərində öyrənir).
 
20. Məşğul və məhsuldar olmaq –iki tamam fərqli anlayışdır. Daima hərəkətdə olmaq, hələ nəsə edə bilmək demək deyil.
 
21. Xoşbəxt və uğurlu insan olmaq da iki fərqli anlayışdır.
 
22. Hər bir situasiyada sizin seçim etmək şansınız vardır.
 
23. Uğur –digərlərinin üzərində hökmranlıq etmək deyil, uğur öz potensialının hökmranı olmaq deməkdir.
 
24. Həyat şanslarda boldur və bu şanslar sayəsində siz istədiyiniz insan ola bilərsiniz.
 
25. Sizin xoşbəxt olmağa tam haqqınız vardır. Bu hüquqdan istifadə edib-etməmək isə yalnız sizdən asılıdır.
 

 

ŞƏRH YAZIN