Üzr İstəmək Böyüklükdür!

0
3205
Üzr İstəmək Böyüklükdür!

Bağışlamaq böyüklükdürsə, üzr istəmək daha çox böyüklükdür. Mübahisələr, dava dalaş, söz söhbət olan işdir. Amma münasibətlərin heç yerdən kəsilməsi insanı sonradan peşmançılığa sürükləyə bilər. Bunu yeganə ötəsindən gəlinməsi mümkün olan söz isə "bağışla" sözüdür. Hər birimiz ürəyimizdən gələrək səmimi şəkildə bu kəlməni işlədib qarşımızdakı insandan bağışlanmağımızı istəyə bilərik. Çünki üzr istəmək özü də bir böyüklük hesab edilir.

İlk siz cəhd göstərin.
Günahkar tərəfin nə vaxtsa üzr istəməyini oturub gözlərmək lazım deyil. Siz sevgini qorumaq istəyirsiniz? Nikahı qorumaq istəyirsiniz? Onda ilk siz hərəkətə keçin! Bundan başqa üzr istəmək qabiliyyəti onu sübut edir ki, siz həqiqətən də güclü və yetişmiş şəxsiyyətsiniz. "Bağışla" sözü sizi yalnız yuxarı qaldıracaq və heç vaxt siz alçaltmayacaq.
 
Nə üçün üzr istədiyinizi dəqiq deyin
Geniş yayılmış bağışlamaq frazalarını işlətmək lazım deyil: "Bağışla ki, mən belə incitdim" və ya "Bağışla, mən pisəm". İncidilmiş tərəf bilməlidir ki, siz nəyə görə münaqişə yaratdığınızı anlamısız. Buna görə dəqiq olun: Məsələn- "Bağışla ki, dünən səhər mən birdən sənə irad tutmağa başladım və sənin əhval-ruhiyyəni korladım".
 
Günahlandırmayın
Sizi incitdiyini unudun, öz səhvini buraxın vicdanına qalsın.Siz öz qəbahətlərinizə görə üzr istəyin, qarşı tərəfi günahlandırmayın.
 
Onu həqiqətən ürəkdən olan sevginizi hiss etdirin.
 
Ona diqqət göstərin, qucaqlayın və qayğınızı əsirgəməyin, tez bir zamanda inciklikdən əsər əlamət qalmadığını görəcəksiniz.
 

ŞƏRH YAZIN