20 Dəqiqə Qaydası

0
3094
20 Dəqiqə Qaydası

Yüzlərlə, minlərlə insan həyatınızı dəyişdirə biləcək – tənbəlliklə mübarizə aparma metodları, maraqlı fənd və məsləhətlər haqqında müzakirə apara bilərlər. Biz həmin insanların öz həyatlarını necə dəyişdikləri haqqında ümumi fikirlərini diqqətinizə çatdırmaq istərdik.

 
20 dəqiqə qaydası
 
Hər gün işdən sonra evə gələndə heç bir şey etmək istəmirəm. Etmək istədiyim yeganə şey divana uzanmaq, seriala baxmaq və ya Facebook profilimi yoxlamaqdır. Mən elə bir neçə il davamlı olaraq belə də edirdim.Amma bir neçə il əvvəl mən bu pis vərdişi “20 dəqiqə qaydası” ilə əvəz etmək qərarına gəldim. İndi mən evə gələndə heç olmasa 20 dəqiqəni aşağıda sadaladığım işlərlə məşğul olmağa sərf edirəm:
 
1.kitab və ya maraqlı məqalə oxumaq
2.şahmat oynamaq
4.meditasiya ilə məşğul olmaq
5.proqramlaşdırma ilə məşğul olmaq
 
Bu siyahını siz də maraqlarınıza görə uyğunlaşdıra bilərsiniz.Ancaq unutmayın ki, bu siyahıya seriallar, filmlər və lazımsız məşğuliyyətlər daxil olmamalıdır.Yalnız 20 dəqiqəlik limiti bitirdikdən sonra istədiyiniz digər işlərlə məşğul ola bilərsiniz. Əgər siz hiss edirsiniz ki, heç 20 dəqiqə vaxtınızı belə ayıra bilməyəcəksiniz,o zaman yatmağı məsləhət görürük.
 

ŞƏRH YAZIN