Konsantrasiya Olmağın Bir Neçə Üsulu

0
3476
Konsantrasiya Olmağın Bir Neçə Üsulu

Çətin və ya sıxıcı bir işə intensiv xarakter almağa çalışanlar bunun nə qədər çətin olduğunu bilir. Amma diqqəti artırmağı təmin edən bəzi elmi çözümlər də var.

Etdiyimiz işə daha yaxşı konsentrasiya olmaq üçün etməyimiz lazım olduğunu güman etdiyimiz şeylərin çoxu beynimizin təbii gedişinə ziddir. Bəs, daha çox faydalı almaq üçün, diqqət sahəsindəki araşdırmalardan nələr öyrənə bilərik?
 
1.Zehni dağıtmaq
 
Gördüyünüz iş üzərində intensiv xarakter almaqda çətinlik çəkirsinizsə qısa müddətə beyninizi dağıdacaq başqa bir şeyə yönəltmək ən yaxşı üsullardan biridir.
 
Psixoloqlar zamanımızın təxminən yüzdə 50-sini məşğul olduğumuz işdən fərqli şeylər düşünərək keçirdiyimizi deyir. O halda zehni dağıtmaq beynin daha yaxşı işləməsinə yardımçı ola bilər.
 
Beyinə baxanda, müvazinətin nə üçün pozulduğunu anlaya bilərik. Konsentrasiya olmaq üçün beynin bəzi hissələri arasında yaxşı əlaqələr qurmaq lazımdır.
 
Beynin ön hissəsindəki qıvrımlardan yaranan frontal korteks, diqqəti dağıdan şeylərə qarşı müqavimət göstərməyi və daha əyləncəli şeylərlə məşğul olmağa yönəldən təbii hissimizə nəzarət etməyi təmin edir.
 
Bu əlaqələri işlək halda saxlamaq üçün xüsusi bir şeylə məşğul olmayanda beynin aktiv olan hissəsindən daha çox enerji lazımdır. Amma labüd olaraq gün ərzində bu enerji tükənib yorulduğumuzda, diqqətimiz dağılar, ağlımız başqa şeylərə getməyə başlayar.
 
Əgər bu vəziyyət onsuz da baş verəcəksə, bunun vaxtını ən uyğun ana təyin etmək niyə mümkün olmasın?
Məşğul olduğunuz işlə əlaqəsi olmayan başqa bir məsələ düşünün, məsələn, ağlınıza gələn başqa bir problemi həll etməyə çalışın, sonra da əsl işinizə qayıdın.
 
İş xaricində başqa bir məsələ düşünməsi üçün beyninizə icazə vermək, ağlın başqa şeylərə getməsi zamanı günah hissini, həm də fikrinizin getməsinə səbəb olan və zehni məşğul edən məsələlərin itməsinə səbəb olacaqdır.
 
2.Boş boş dolanmaq
 
Gülməli videoların diqqət dağıtdığı düşünülür, amma bəzi psixoloqlar bunların bizi işimizə davam etməyimizi təmin edəcək vəziyyətə gətirə biləcəyinə inanır.
 
İşinizi nə qədər sevsəniz də çətin bir işə bütün diqqətini vermək iradə istəyir. İradə gücünü artırmağın bir yolu da gülməkdən keçir. Aparılan araşdırmalar, çətin bir tapmaca üzərində ağıl işlətmə məsələsində, gülməli bir video izləyən adamların, rahatladıcı, amma gülməli olmayan video izləyənlərdən daha uzun müddət səy göstərdiklərini ortaya qoydu. Bu səbəblə iş yerlərində daha zarafatcıl bir mühitin təşviq edilməsini müdafiə edənlər var.
 
3.Səliqəli deyil, qarışıqlıqdırmı?
 
Daha yaxşı konsentrasiya olmaq üçün diqqət dağıdacaq bütün xarici təsirlərdən təmizlənmək lazım olduğu düşünülür. Halbuki başqa bir nəzəriyyəyə görə əksini etmək lazımdır.
 
Londondakı UCL Universitetindən psixoloq Nil Lavie 1995-ci ildə “Yükləmə Nəzəriyyəsini” gündəmə gətirdi. Buna görə beynimizin xarici dünyadan alıb fəaliyyətə qoya biləcəyi məlumatı məhduddur. Bu güc sistemi dolanda, beynin diqqət sistemi fəaliyyətə başlayaraq nəyə konsentrasiya olacağına qərar verir.
 
Lavienin təcrübələrinə görə təmiz, nizamlı və səssiz mühitlərdən çox dağınıq və mürəkkəb şəraitlərdə işləmək daha səmərəli ola bilər. Qavrayış bölgələri tamamilə dolduqda beynimiz bütün enerjisini ən mühüm işə yönəldir. Diqqəti yayındıran amilləri sıradan çıxarır. Ancaq bunu edərkən diqqət yayındıran doğru amilləri tapmaq və enerjimizi sərf edəcək səviyyəyə çıxmasına yol verməmək vacibdir. 
 
Burada əhəmiyyətli olan, beynin başqa yerdə stimulasyon axtarmasına imkan verməyəcək düzgün balansı tapmaqdır. Amma diqqəti yayındıran amilləri ortadan qaldırmaq, yorucu ola biləcəyindən, ən yüngülündən başlayaraq bu üsula baş vurula bilər.
 
4.İşə ara vermək
 
İşiniz həddindən artıq çox olduqda işə ara vermək ağlınıza belə gəlməyə bilər. Amma bu şəkildə daha çox iş görməməyin mümkün olduğunu göstərən çoxlu sayda fakt var.
 
Əhəmiyyətli olan, nə vaxt, nə qədər müddətlə işə ara veriləcəyi və bu zaman nə ediləcəyidir. Araşdırmalar, konsentrasiya sərhədinin 90 dəqiqə olduğunu göstərir. Bundan sonra 15 dəqiqəlik fasilə götürmək lazımdır.
 
Bir neçə saniyəlik mini  fasilələrin belə işə yaradığını göstərən çalımalar var. Amma bu zaman pəncərədən bayıra baxmaq əvəzinə, zehin hesabı kimi daha intensiv məşq etmək faydalı olacaqdır.
 
İşə ara verdikdə fiziki məşqlər etməyin, sonra kofein ehtiva edən kofe kimi bir içki içməyin də beyni gücləndirdiyi görülmüşdür.
 
Bunları çöldə bir parkda etmək daha təsirli olacaqdır.
 
Başqa bir variant da meditasiya ola bilər. Meditasiya mövzusunda təcrübəli olanlar diqqətləri üzərində daha yaxşı nəzarət sahibi olduğu kimi, nə zaman ara vermələri lazım olduğunu daha yaxşı bilir.
 
Bütün bunları zaman itkisi olaraq görürsünüzsə, bir fincan qəhvə ilə kofein yükləməsi aparmaq da qısa müddətli olaraq yaddaşı, reaksiyanı və diqqət müddətini artırır.
 
5.Çox zorlamayın
 
Uzun müddətli konsentrasiya olmaq lazım olduğunda, qısa müddətli bir intensivləşmə dövrlərinin ardından qısa fasilələrin edilməsinin daha səmərəli olduğu müşahidə edildi.
 
Eyni şəkildə, Amsterdam Vrije Universitetində aparılan bir tədqiqatda da, həmişə konsentrasiya olmaqdansa qısa müddətli fasilə edib başqa bir mövzuda düşünmənin diqqəti daha artırdığı görüldü.
 
Beyin haqqındakı məlumatımız artdıqca stressin müvazinətə zərər verdiyini daha aydın görürük. Bu səbəblə sakitləşmək üçün fasilə götürmək, nəzarəti yenidən ələ keçirmək və daha səmərəli işləmək üçün də əhəmiyyətlidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN