Həvəs Vacibdir!

0
2508
Həvəs Vacibdir!

İnsanın uğur qazanması üçün ilkin şərt nədir? 

 
200 liderin olduğu bir qrup arasında sorğu keçirilib və qrupun 80 %-ı "həvəs"- i ən mühüm olanların siyahısında birinci yazdılar. Bu, bacarıqdan, təhsildən, hətta təcrübədən belə daha mühümdür.
 
Həvəsi olmayan insan həyatının çarxını ilıq su ilə hərəkətə gətirməyə çalışır. Nəticədə isə, həmin insan dayanır, hərəkət edə bilmir.
 
A.B.Zu Tavern həvəsin  batareyadakı enerji olduğunu deyir. O, havadakı enerji, alovdakı istilikdir. Yaşayan hər şeydəki nəfəsdir.
 
Uğur qazanmış insanlar  etdikləri hər şeyi həvəsli və istəkli edən insanlardır. Yaxşı şeylər heç vaxt duyğu qatılmadan alınmaz.
 
“Nə olursa olsun, bir şeyə forma vermək üçün istiliyə ehtiyac vardır. Hər bir böyük uğur yanan bir ürəyin hekayəsidir”- deyir Tavern.
Kifayət qədər bacarığınız, təhsiliniz və təcrübəniz ola bilər. İndi isə bunlara həvəsi qatın və sizi heç kim saxlaya bilməyəcək.
 
" Uğur barmaqlar arasından düşən qum və ya çəlləkdən axan su kimidir. Onu tutmaq istəyən gecə-gündüz çalışar ". Stiv Gudyer
 

ŞƏRH YAZIN