Hadisələrə Fərqli Baxmaq

0
2995
Hadisələrə Fərqli Baxmaq

Hadisələrə baxış bucağı önəmlidir. Bu barədə Doktor Pol Ruskin bir tətbiq edir. Məhz düşüncə tərzinizə təsir edəcək gözəl bir tətbiqi.

Doktor Paul Ruskin, tələbələrinə qocalmanın psixoloji əlamətlərini öyrədərkən onlara bu hadisəni danışır:
 
"Xəstə nə danışır, nə də söylənənləri anlayır. Bəzən saatlarla anlaşılmaz şeylər edir. Zaman, yer və şəxs anlayışı yoxdur. Yalnız, necə olursa, öz adı deyiləndə reaksiya verir. Son altı aydır ki, onun yanındayam, nə görünüşü üçün bir səy sərf edir, nə də ona qulluq edilərkən köməkçi olur. Onu həmişə başqaları bəsləyir, yuyur və geyindirir. Dişləri yoxdur, yeməklərin püre halında verilməsi lazımdır. Köynəyi ağzından su gəlməsiylə bağlı davamlı ləkə içindədir. Yerimir. Yuxusu daim nizamsızdır. Gecə yarısı oyanıb qışqırıqlarıyla hər kəsi oyadır. Çox vaxt xoşbəxt və mehriban, lakin bəzən ortada bir səbəb yox ikən əsəbiləşir. Biri gəlib onu sakitləşdirənə qədər də qışqırır".
 
Bu hadisəni danışdıqdan sonra, Ruskin tələbələrinə belə birinin qayğısına qalmağı öhdələrinə götürməyi istəyib-istəmədiklərini soruşur.
 
Tələbələr bunu etməyəcəklərini deyirlər.
 
Ruskin, özünün bunu böyük bir zövqlə etdiyini və onların da etməsi lazım olduğunu deyəndə şagirdlər təəccüblənirlər. Daha sonra
Ruskin xəstənin fotosunu göstərir. Fotodakı həkimin altı aylıq qızıdır.
 
Doktor Ruskin, Amerika Tibb Birliyi Jurnalındakı məqaləsində gülünc bir səhv anlamağın insana necə tamamilə fərqli bir perspektiv qazandıracağını izah edir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN