Yaxşılıq mükafatını alacaq...

0
4399
Yaxşılıq mükafatını alacaq...

Yataqda yatan adam, başı üzərində dayanan gənc həkimə dedi:

“Allah səndən razı olsun övladım, bu əməliyyatı etmək üçün xaricdən buraya qədər gəlməyini, yaşadığım müddətcə unutmayacağam.” dedi.
Əməliyyat edilən xəstə, böyük bir xəstəxananın baş həkimi idi. Müalicəsi yalnız xaricdə mümkün olan xəstəliyi birdən ağırlaşarkən, bir çox şagirdi olan digər həkimlər onun belə bir vəziyyətə dözə bilməyəcəyini anlamışdılar və azca ümidə baxmayaraq bu işi boyunlarına götürməyə qərar vermişdilər. Lakin, o xəstəliyin sayılı mütəxəssislərindən olan bu gənc həkim, haradan xəbər aldısa tez özünü xəstəyə yetirdi.
 
Yaşlı həkim, yatdığı yerdən gənc adamın əlini tutur və onu buraxmamaq üçün dayanmadan danışırdı. O, əllərini oxşayar kimi sığallayarkən:
“Mən, doğum mütəxəssisiyəm” – deyə davam etdi. Bir zamanlar bir qadın bətnindəki körpənin şikəst olduğunu anlamış, onu bu şəkildə yaşamaqdansa öldürməyi düşünərkən, körpəyə qıymayıb doğulmasına icazə vermişdim. Sapsağlam balaları belə ana bətnində öldürənlərə inad, onun yaşamasını istədiyim üçün, həyatda bildiyim o tək yaxşılığıma qarşılıq Allah səni mənə göndərmiş deməkdir...
 
Gənc həkim bir az geriyə çəkildi və dizlərindən aşağısı taxma olan ayaqlarını göstərərkən:
Mən də elə düşünürəm əfəndim, deyə gülümsədi. Yaşamasına izin verdiyiniz o uşaq, mən idim...
 

ŞƏRH YAZIN