Yorğunluqdan Xilas Olun!

0
3736
Yorğunluqdan Xilas Olun!

Hal-hazırda günümüzdə yorğunluq ən aktual problemlərdən biridir.Kimi soruşsan yorğundur.Kimisi mənəvi cəhətdən, kimisi istər gündəlik, istərsə də qlobal problemlərdən... Bir sözlə, hər kəs yorğundur. Müəyyən müddətdən sonra bu yorğunluq vərdiş halını da ala bilir. Bu əsasən qadınlarda mənfi nəticə doğurur.Bəzən də  qorxunc xəstəliklərin yaranmağına səbəb olur.

Yorğunluğun əsas səbəbi isə dəmir əksikliyidir,yəni qan azlığı.Bunun üçün həftənin bəzi günlərində dəmirlə zəngin olan yumurta yeməyiniz tövsiyyə edilir. Həftədə 2-3 dəfə qırmızı ət, yanında C vitamini artıran meyvə tərəvəz yeməyə çalışın.
 
Dəmir əsasən meyvə qurularında, çərəzlərdə yüksək olur.Bu səbəbdən də onları ara yeməklərdə qəbul etmək daha yaxşı olar. Tünd çay dəmir qəbulunun qarşısını ala bilir. Buna görə də yeməkdən sonra çay içməmək məsləhət görülür.
 
Yorğunluqdan xilas olmaq  istəyirsinizsə, bunlara əməl etməlisiniz:
 
1. Yemək rejiminiz olsun.
 
2. Az və tez-tez qidalanmağa çalışın
 
3. Taxıl, ağ buğda unundan hazırlanmış bişmələr yerinə, çovdarlı, kəpək, yulaflı qidalara üstünlük verin.
 
4. Gün ərzində 8-10 stəkan maye qəbul etməyə çalışın
 
5. İdman edəndən sonra tərləmə çox olursa, təzə meyvə şirəsi qəbul edin.
 
6. Mümkün olduğu qədər yağlı yeməklərdən uzaq durmağa çalışın.
 
7. Əsasən də şam yeməyinin tərəvəzli olmasına diqqət edin.
 
8. Spirtli mayelərdən az  istifadə edin.
 
9. Qızartma əvəzinə sobada bişən, soyutma yeməklərə üstünlük verin
 
10. Əgər enerjinizin tükəndiyini hiss edirsinizsə meyvə yeyin əsasən də banan, çiyələk və ya kivi.
 

ŞƏRH YAZIN