Dostluqlara Açıq Olun

0
2956
Dostluqlara Açıq Olun

Insanların çoxu dəyişikliyi sevir.Eyni şeyləri təkrar olaraq geyinməyi, yeməyi, içməyi sevmir. Onlar daima yenilik axtarışındadırlar.Yeni insanlar,yeni restoranlar, hətta yeni münasibətlər. Ətarfımızda dostlarımızın çox olması bizə heç bir ziyanı yoxdur əksinə xeyri var.Yeni dostlar əldə etmək istəyirsinizsə, bu metodlarda istifadə edə bilərsiniz.

Hobbilər
Həyatınızda maraq dairənizi genişləndirin.Yeni məşğuliyyətlər tapın.Kurslara getməyə çalışın.Yeni insanlar tanıyın.
 
Qrup oyunları
Siz burada adından da göründüyü kimi qrupla bir yerdə olursuz və bu qədər insan içərsindən özünüzə dostluqlar yarada bilərsiniz.Ətrafınızı genişləndirə bilərsiniz.
 
Adından da göründüyü kimi, buraya yalnız qohumluq əlaqələrindən olan insanlar daxildir.Siz bunun sayəsində daha çox tanışlıqlar yarada bilərsiniz,
 
Həyat tərziniz
Əgər hər gün eyni kafedə çay içib,yemək yeyirsinizsə bu vərdiş halını alırsa deməli siz oradakı insanlarla artıq ünsiyyətdəsiniz.Onlar sizi tanımağa başlayır.Bu geyim aldığınız mağaza da ola bilər,kitab aldığınız kitabxana da ola bilər.Bu fürsətlə siz oaradakı insanlarla tanış olub münasibət yarada bilərsiniz. Ən xırda imkanları əldən qaçırtmamalısınız.
 
Fərqlilik həyatın tərzidir.
Yuxudun durduqdan sonra hər gün eyni şeyləri təkrar etmək səni bezdirirsə, onda dəyişiklik etməyin tam vaxtıdır.Hər gün getdiyin məkanları, görüşdüyün insanları dəyişməyə çalış.Yeni məkanlar,yeni dostlar axtarışında ol.Bu sənə çox yaxşı təsir edəcək və həyat tərzini daha da maraqlı edəcək.
 
Könüllülük təşkilatları
Bu təşkilatdan olan insanlar ehtiyacı olan kəslərlə birgə yardım etməyə çalışırlar. Bu məsələlərdə kollektivlik mütləqdir.Axı tək əldən səs çıxmaz.Səndə həm insanlıq xatirinə, həm də yeni insanlar tanımaq üçün belə kompaniyalara qoşulmalısan.
 

ŞƏRH YAZIN