Qocalma Səbəblərimiz Nələrdir?

0
2347
Qocalma Səbəblərimiz Nələrdir?

Qocalmaq, qocalacağını düşünmək bir çox insanı qorxudur. Ona görə də qocalmamaq üçün əllərindən gələni edərlər ki, hər zaman gənc qalsınlar. Bəs maraqlıdır, insanı qocaldan nələrdir?

Günəş: Yayla birlikdə göz qırpmağa başlayan günəşin istiliyini dərinizdə hiss etmək xoşunuza gedə bilər. Kimin getməz ki? Amma bu üzünüzün qırışmasına səbəb ola bilər. Günəşlə olan bütün əlaqənizi kəsin və hətta evə bağlanın demirik, amma yaxşı bir günəş kremi istifadə etməyə əsla laqeyd yanaşmamalısınız və hətta bir kepka da istifadə edə bilərsiniz.
 
Üz mimikaları: Üzünüzü hər hərəkət etdirdiyinizdə, dəriniz bir az daha qırışır. Çox vaxt dəriniz özünü yenilədiyi üçün yeni dəri hüceyrələri inkişaf etdikcə o kiçik xəttlər də itər. Amma bu yenilənmə sonsuza qədər sürə bilməyəcək.
 
Siqaret: Bəli, hamımız bilirik ki, siqaret gözəlliyə təsir edir. Amma yalnız sizi xəstə edib dişlərinizi saraltmır, eyni zamanda yaşlı görünmənizə səbəb olur və xərçəng xəstəliyinə də yol açır!
 
Yuxu: Qulağa qəribə gəlsə də bütün günün yorğunluğundan təmizlənməniz üçün yatağa girdiyinizdə də özünüzə diqqət yetirməyə davam etməlisiniz. Çünki bir mövqedə çox uzun müddət yatsanız, üzünüzün o bölgəsi daha çox qırışar. Buna görə üzüaşağı yatmaqdan çox arxa üstə yatmağa vərdiş edin.
 
Stress: Qadınsınızsa, elə isə dürüst olaq ki, həyatınızdan stresi tamamilə çıxartmanız mümkün deyil. Amma gözəl üzünüzü qorumaq üçün daha sakit və soyuqqanlı olmağı sınamalısınız. Əslində qırışıqlıqları önləmək üçün stressdən uzaq dayanmalısınız, çünki bu qırışıqlar daha çox stressə girmənizə səbəb olacaq.
 
Spirt: Nə qədər çox ehtiva etsəniz, o qədər qırışarsınız. Spirt üzünüzün şişməsinə səbəb olar və sonra endiyində dartılar və qırışar.
 
Nəmsizlik: Quru dəri ən pisidir. Çatlamanıza, qanamanıza və qırışmağınıza səbəb olar. Bədəninizin nə qədər suya ehtiyacı varsa, üzünüzün də nəmləndiriciyə o qədər ehtiyacı var. Nəm kremidən hər zaman istifadə edin!
 
Yer cazibəsi: Bunun həlli yoxdur. Bizi və dünyamızı qoruyan cazibə eyni zamanda hər gün əleyhimizə də çalışır. Digər gözəlliklərə diqqət yetirib günah ortaqlığı etməmək əlimizdən gələn tək şeydir.
 
Genetika: Ailənizə və qırışıqlıqlarına baxın, çünki onların hekayəsi sizinkinə çevrilə bilər. Vəziyyətə fiziki olaraq çox qatqımız olamasa da heç olmasa onların səhvlərindən dərs çıxara bilərik.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN