Biz Problemi Həll Etməliyik, Problem Bizi Məhv Etməməlidir

0
2697
 Biz Problemi Həll Etməliyik, Problem Bizi Məhv Etməməlidir

Bir çox insan ya başqalarının, ya da problemlərin qurbanı olur.  Özünü özünə qurban verməz, amma başqalarına qurban olur, başqalarının qurbanı olur.  Axı, sənin üçün əhəmiyyətli olan problemdir, ya özün? Özünü problemə qurban vermə. Hər problemin həlli var. Özünə qəsd etmək problemi həll etməz. 
 
Ey analar, bacılar, qardaşlar eşidin, bilin, agah olun!  Problemlər, onları həll etmək üçün var. Problemdən qaçmaq, problemlə yaşamaq, problemdən ötrü intihar etmək o problemi həll etməz, əksinə bir çox başqa problemlərin yaranmasına səbəb olar.
Problem nə isə, nədə, kimdə isə onunla üzləşib problemi həll etməliyik.
 
Bu həyatda problemsiz insan yoxdur.  Hər kəsin bir dərdi var və hər dərdin də bir dərmanı var.
 
Allahın bizə verdiyi cana qıymağa haqqımız yoxdur.  Canımızı qorumalı və ömrümüzü şərəflə başa vurmalıyıq.
 
Hər problem, həyatın sonu demək deyil.  Həyat davam edir.  Problemi həll etmək üçün önümüzdə illər olacaq. 
 
Canımıza qəsd edərək özümüzə xəyanət etmiş oluruq.  Problemi həll etmək üçün özümüzə şans verməkdənsə, problemin qurbanına çevrilirik.
 
Unutmayaq ki, uğura gedən yol uğursuzıuqlarla doludur.  Hər dəfə uğursuzluğa düçar olduqda, özümüzü günahkar görüb, özümüzə qəsd etməməliyik.
 
Səhvlərimizdən nəticə çıxarıb yolumuza davam etməliyik.  Bu həyat yolçuluğunda daima irəli doğru addımlamalıyıq. 
Çıxmayan candan ümid kəsilməz.  Öz canımıza qəsd edərək ümidimizi söndürməyək.
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN