Nlp Trainer Sertifikat Proqramı

0
4770
Nlp Trainer Sertifikat Proqramı

Mind Training İnstitute - MTI standartlarında hazırlanan NLP Trainer təlimində iştirakçılar, NLP təlimi keçirə bilmələri üçün nəzəri və praktik təlimdən keçirilirlər. NLP Trainer təlimində əsas diqqət mərkəzində iştirakçıların özləri olur. “Walk what you talk!” şüarı ilə yola çıxılan NLP müəllimliyi, insanların özləri və görmüş olduqları işlə uyğunluq içində olmaları gərəkdir.
İştirakçılar təlim zamanı məşğul olmaq istədikləri işlə bağlı daxili şəxsiyyət yaratmaqla yanaşı, digər tərəfdən NLP bilik və texnikalarının istifadəsində peşəkarlaşır və biliklərin ötürülməsi üçün lazım olan pedaqoji ünsiyyət qabiliyyətlərini və bacarıqlarını inkişaf etdirirlər.  Təlimi uğurla başa vuran  iştirakçılar, beynəlxalq dərəcəli “NLP Trainer Sertifikatı” almağa haqq qazanırlar.
NLP Trainer sertifikat proqramının əsas iştirak şərtləri:
NLP Trainer təliminə qatıla bilmək MTI-Mind Training İnstitute təlim kriteriyaları ilə qarışdırıla bilən standartlarda hazırlanmış bir NLP Practitioner və Master Practitioner təlimindən uğurla məzun olmağı şərtləndirir. Bu halda sertifikatınızın surətini bizə təqdim etməlisiniz. Beynəlxalq standartlar nəzərə alınmadan hazırlanmış təlim proqramlarından məzun olmuş namizədlərin müraciətləri qəbul olunmur. NLP Practitioner və ya Master Practitioner sertifikatı olmayanlar da Trainer təliminə qatıla bilər. Lakin onlara NLP Trainer sertifikatı verilməz. Bu xüsusi vəziyyət üçün qeydiyyatdan əvvəl təlimçilərimizlə öngörüşmə şərtdir.  
Şəxsin rəsmi NLP Practitioner təlimi başlıanğıc tarixi ilə Trainer təlimi başlanğıc tarixi arasında  NLP tətbiq edicisi kimi ən az 2 illik təcrübənin olması şərti də vardır. 
Təlimlərimizə qatıla bilmək üçün əsas ruhi və fiziki sağlamlığın yerində olması vacib şərtdir. 
İştirakçılar 25 yaşını tamamlamış, ən azı lisenziyalı və qanuni təhsil qurumundan məzun olduqlarını və hər hansı bir qanundankənar təşkilat və ya təriqət üzvü olmadıqlarını təsdiq etməlidirlər. 
Təlim proqramlarımızda iştirakçı sayı limitlidir, aparılacaq olan ön qeydiyyat , arzu edilən təlim zamanında və ya təlim qrupunda iştirak etməyi qarantiya altına almaz. Tələb çoxl olduqda bir öncəki mərhələdən yüksək nailiyyətlə məzun olmuş NLPAT proqram iştirakçılarına üstünlük verilir. Beynəlxalq NLP təlim standartlarına əsasən iştirakçıların uğurla məzun olması üçün təlimə ən az 80% nisbətində qatılmış olmalaları kimi öhdəlikləri vardır. Buraxılan təlim hissələri bir sonrakı təlim zamanı ödəniş edilmədən təkrarən əvəzlənə bilər.
 
NLP Trainer Proqramının İştirakçıların əsas vəzifələri:
Təqdimat layihəsi
İştirakçılar ən azı 12 nəfərdən ibarət bir qrup qarşısında hər biri ən az 25 dəqiqə davam edən 2 təqdimat həyata keçirirlər. Seminar mövzularının layihəsi təqdimatdan heç olmasa 1 ay əvvəl səlahiyyətli təlimçiyə təqdim edilir. Video çəkilişlərinin incələnməsindən sonra iştirakçılar qrup və təlimçilərdən ətraflı geri bildiriş alır. İştirakçılar, praktiki imtahandan başqa, nəzəri biliklərin yoxlanması  haqqında yazılı imtahan da verirlər.
Yazılı imtahan:
Yazılı imtahan, iştirakçıların nəzəri NLP biliyinin göstəricisidir. NLP təlimçilərinin lazımı səviyyədəki NLP bilik və bacarıq standartlarını zəmanət altına almaq üçün hər bir iştirakçı yazılı imtahandan keçməlidir. İmtahan kağızları ən azı 3 il arxivdə saxlanılır. Bu müddət ərzində MTI-Mind Training İnstitute, keyfiyyət standartlarının qorunması məqsədilə arxivləri yoxlama hüququna sahibdir. 
Fərdi superviziya:
NLP təlimçiliyi, şəxslərin özlərilə və görmüş olduqları iş ilə uyğunluq içərisində olmasını lazım bilir. Hər iştirakçı fərdi şəkildə inkişafa açıq olan mövzular üzərində qrup daxilində və ya fərdi 15 saatlıq superviziya, terapiya yaxud koçinq dəstəyi alır. 
Əsas görülən ümumi təlim standartları
Təlim müddəti, praktiki-yazılı testlər və 15 saatlıq supervizyon daxil təlim müddəti ümumilikdə 130 saat müəyyənləşdirilmişdir.
NLP Trainer təlim, ən az iki səlahiyyətli mütəxəssis təlimçi (NLP LehrTrainer) tərəfindən həyata keçirilir. Təlim standartları şərtinə görə bunların iki fərqli institutdan gəlməsi tövsiyə olunur. 
Təlim müddətində hər on iştirakçıya Trainer köməkçisi olan ən azı bir asisstent düşür. 
Trainer təlimini keçən təlimçilərin ən az 3 illik təlimçilik təcrübəsinin olması, ən az 3 Practitioner təlimi, 2 Master Practitioner təlimi aparmış və ən azı 1 dəfə başqa bir Trainer təlimində assistentlik vəzifəsində çalışmış olmaları vacibdir.
NLP Trainer proqramının qısa məzmunu:
*Prezentasiya və səhnə bacarıqları
*Açılış və bağlanış çərçivələrinin hazırlanması
*Hədəf qurulması və məlumat ötürmə stilləri
*Meta proqramların ziddiyyətləri, öyrənmə strategiyaları
*Bilik səviyyələri arasında seçim və keçişlər 
*Referans bilik mənbələrindən faydalanmaq
*Fərqli təmsil sistemlərinin müşahidəsi mövzusunda metod və planlaşdırma
*İştirakçılara uyğunlaşmaq, ahənglik yaratmaq və liderlik etmək bacarıqları
*Qrup dinamikasının inkişaf etdirilməsi
*Qapalı mesajlaşma üsulları
*Şüurlu və şüursuz öyrənmə
*Tətbiqetmə və çalışma tənzimləməsi 
*Prezentasiya enerjisinin mühafizə edilməsi
*Öyrənilən məzmunun həyatda tətbiqi üçün zəmin hazırlamaq
*Future Pace bacarıqlarının inkişaf etdirilməsi
*Vizual prezentasiya texnikalarından istifadə
*Metafora müddət planlamaları və qabaqcadan çərçivələmə üsulu
*Kritik iştirakçıların ələ alınması, sözlü hücum
*Təcrübələrinin teqrasiyası, geri bildirim müddətlərinin açıqlığının təmin olunması
*Davranış ilə insan tanımanın müşahidə olunması...
 
NLP Trainer, Təlimçilik səlahiyyətləndirmə kriteriyaları: 
MTI-Mind Training İnstitute standartlarında NLP Practitioner, Master Practitioner və ya Trainer sertfikat təlimi hazırlamaq istəyən iştirakçılar, aşağıda göstərilən səlahiyyətləndirmə kriteriyalarını sənədləşdirmək öhdəliyindədir. 
MTI-Mind Training İnstitute təlim kriteriyaları ilə qarışdırıla bilən standartlarda hazırlanmış bir NLP Practitioner, NLP Master Practitioner, NLP Trainer təlimindən məzun olmaq.
Practitioner təlimindən sonra ən az 3 illik NLP təcrübəsinə sahib olmaq və bu müddətdə ən az Master Practitioner səviyyəsindən bir, NLP  tətbiqedicisindən 30 saatlıq koçinq almış olmaları.
Bir NLP Pratitioner və Master Practitioner təliminə assistantlıq etmiş olmaq. Bu müddətdə səlahiyyətli təlimçinin nəzarətində təlimi qismən ələ almış kimi davranmaq.
500 saatlıq təlimçilik təcrübəsi. (Məktəb, akademik, yetkin təlimi və oxşar təlim sahələri daxildir)
NLP-nin etik qaydaları ilə uyğunlaşan ən az 3 fərqli, psixoloji və ya profesional məsləhət sahəsində ümumilikdə 150 saatlıq təlim almış olmaq. Bu sahələr Hipnoterapiya, Ailə terapiyası, Geştalt terapiya, Psixodrama və oxşar sahələrdən ola bilər. Universitet təlimi müddətində alınan psixologiya, tibb, sosial pedaqogika və filologiya sahəsindəki dərslər və akademik çalışmalar da bu müddətə daxil ola bilər. 
NLP Trainer, “Təlimçilik Səlahiyyətləndirmə Kriteriyaları”, 2011-ci ildə Berlində toplaşan MTI-Mind Training İnstitute ümumi heyəti tərəfindən müəyyənləşdirilmişdir.

Əlaqə üçün:

(012) 409-25-82
(055) 342-30-43 (Whatsap)
 
 
Ünvan:
Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22

ŞƏRH YAZIN