Ev Xaricində Yeməklər Sağlamlığımıza Ziyandır

0
2180
Ev Xaricində Yeməklər Sağlamlığımıza Ziyandır

Əksəriyyətimiz günün çox hissəsini ağır iş tempi səbəbiylə evdən kənarda keçirir. Bu səbəbdən də ev yeməklərindən çox zaman uzaq düşürük. “Ancaq nə edə bilərik? İş həyatımız bunu tələb edir” dediyinizin fərqindəyik. Hətta səhərlər işə gecikməmək üçün günün ən əsas yeməyi sayılan səhər yeməyini belə iş mərkəzində yeyirik və ya işə gedərkən bir bulka və ya simit alıb mədəmizin başını aldadırıq. Bəs çöldə yediyiniz yeməklərin nə qədər ziyanlı olduğundan xəbəriniz varmı?

Evdən kənarda yeyilən paylar artdıqca kiloların da artdığına və sağlam çəkini qorumağın getdikcə çətinləşdiyinə diqqətləri çəkir. "Sizə geniş menyu alternativi təqdim edən məkanları seçin. Bilmədiyiniz yeməklərin məzmununu ofisiantlardan soruşmaqdan çəkinməyin. Yeməyə tək getməməyə diqqət edin. Yeməkdə yoldaşınızla söhbət edin ya da kitab, qəzet oxumaq kimi yemək xaricindəki şeylərlə maraqlanın" - deyə mütəxəssislər bildirir.
 
Yüngül bir yemək sifariş vermək istəyənlər, az qala hər restoranın menyusunda iştirak edən "Sezar" salatını seçərlər. Ancaq "Sezar" salatının sousu bu salatı yeməklər qədər kalorili bir qida halına gətirər. Onun yerinə "Aralıq dənizi" salatı ya da dəniz məhsulları salatı seçin. İki dilim çörək və turşusuz bir içki ilə həm sağlam, həm də balanslı bir pay yarada bilərsiniz.
 
Axşam yeməyə çıxacağam deyə günorta yeməyinizdən imtina etməyin.
 
Çöldə yeyəcəyiniz gün bir əvvəlki payı atlamayın. Çünki aclığınızı idarə altında tuta bilməsəniz restorandakı menyuların cazibədarlığına daha asan qapılarsınız. Evdə olduğu kimi çöldə yemək yediyinizdə də özünüzə dörd qida qrupunun bir yerdə olduğu yeməklər sifariş verin. Məsələn, qızartma ət və ya toyuq, yanında yaşıl salat, içki olaraq ayran və 1-2 dilim çörək yeyə bilərsiniz.
 
"Böyük boşqablarla restoran keyfiyyətini bir tutmayın."
 
Yeyilən yeməyin boşqab ölçüsü də çox əhəmiyyətlidir. İndiki vaxtda böyük boşqablar restoranın keyfiyyəti ilə bir tutulur, restoran seçərkən seçim səbəbi olur. Böyük boşqablarla yemək xidmət etdiyini bildiyiniz məkanlarda yeməyinizi kiçik boşqablarda gətirmələrini istəyin, ya da ehtiyacınız qədərini yeyib qalanını paketləmələrini xahiş edin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN