Qəssab Köməkçisi Necə Biznes Sahibi Oldu?

0
19674
Qəssab Köməkçisi Necə Biznes Sahibi Oldu?

Paylaşdığı videolar sayəsində sosial mediada məşhurlaşan “Nusr-et Steak House”ların yaradıcısı Nusrət Gökçe  artıq restoranlarının sayını artıraraq biznesini böyüdür.Sıfırdan qurduğu karyerasını əmin addımlarla yüksəldərək bu gün yemək mədəniyyətində böyük işlərə imza atmağa davam edir.Nusrətin uğur hekayəsini sizə təqdim edirik:

1983-ci ildə Ərzurumda dünyaya gələn Nüsrət Gökçe, mədən işçisi olan bir atanın 5 övladından biridir. Ailəsindəki maddi çətinliklər üzündən orta məktəbi təhsilini yarıda buraxmışdır. Türkiyədə ortaya çıxardığı restoran zəncirini ölkə xaricinə də daşımağı bacaran Nüsrət, peşə həyatına Bostançı qəssablar bazarında başlayıb, uzun bir müddət qəssab olan böyük qardaşının da köməyi ilə qəssab köməkçisi kimi işə başlamışdır. 
 
13-14 yaşlarında “Günaydın Kasap” adlı böyük bir qəssab dükanında 10 ustayla eyni anda çalışan Nusrət, gündə 18 saat aktiv olaraq çalışmışdır.Nusrətin ilk başlarda ətə toxunması belə qadağan olunmuşdu. 2007-ci ildə İstinye Parkda qəssab-restoran konsepsiyasına bənzər bir məkanda işə düzəlməsiylə karyerasını da yüksəltməyə başlamışdı.
 
Ət kəsməyi ilə müştərilərin diqqətini cəlb etməyi bacaran Nusrət, daha sonra ətlə bağlı bütün incəlikləri öyrənmək üçün 2009-cu ildə fransız bir müştərisinin də yardımıyla cibindəki son pulu  və kredit kartından çəkdiyi 7 min dollar ilə getdiyi Argentinaya gedərək orada üç ay qalır. Fermaları, qəssab dükanlarını və restoranları da gəzərək özünü təkmilləşdirən Nusrət, Türkiyəyə qayıdanda eyni iş yerində işləməyə davam edən Nüsrət, bu təcrübələri işinə çatdırmağa nail olmuşdur. 
 
‘Lokum’, ‘Qoz’, ‘Qəfəs’ kimi bişirdiyi ət növlərini ilk dəfə özünün icad etdiyini iddia edən dünyaca məşhur restoran sahibi, bu dəfə yeni təcrübələr üçün Amerikaya getməyi başına qoymuşdur. 2010-cu ildə Amerikaya getmək üçün müraciət edir və çətin şərtlər altında aldığı üç aylıq Amerika vizasından sonra Nyu-yorkun ən məşhur dörd restoranında pul almadan işləmişdir.Daha sonra ABŞ-da yaratdığı menyu “New York Times”da nümayiş olunmuşdur.
 
Türkiyəyə yenidən qayıdanda bu dəfə işsiz olan Nusrət, öz iş yerini açmaq üçün səy  göstərməyə başlayır. Ona köhnə bir dostu olan Mithat Erdemi mələk investor olaraq seçən gənc sahibkar, yoldaşıyla birlikdə ilk restoranın əsasını qoymuşdur. Yoldaşından aldığı pulu 5-6 ay içərisində geri ödəyən Nüsrət, borcunu ödədikdən sonra yoluna bir müddət tək davam etmişdir.
 
2009-cu ilə qədər tək olaraq davam etdiyi biznesinə, 2012-ci ildən Şəfəq Qrupu ilə  ortaq işləməyə başlamışdır. Əvvəldən 1.8 min maaşla işlədiyini, hazırda isə 400 çalışan işlə təmin etdiyini bildirən Nusrət, apardığı ətləri yemək üçün xaricdən xüsusi jetleriyle müştərilərinin gəldiyini və bunun özü üçün böyük bir məmnunluq duyduğunu ifadə edir.
 
Hazırda İstanbulda Etiler, Bebek, Nişantaşı olmaq üzrə üç fərqli yerdə restoranı olan Nusrətin eyni zamanda Ankara, Bodrum və Dubayda da fərqli şöbələri var .
 
Nusrət, həmçinin Instagram və Twitter adlı sosial hesabında paylaşdığı video və şəkillərlə də diqqətləri öz üzərinə cəlb etməyi bacarır.
 

ŞƏRH YAZIN