Tətil sonrası motivasiya...

0
2969
Tətil sonrası motivasiya...

İnsanların ən çox çətinlik çəkdiyi problem tətildən sonra işə, məişət qayğılarına, ümumiyyətlə həyatın özünə adaptasiya ola bilməkdir. Tətildə öz istədiyiniz kimi sərbəst hərəkət etməniz, yeni dərs, iş sezonuna başlamağınızı müəyyən qədər məhdudlaşdırar. Bu zaman siz özünüzü həvəssiz, gücsüz hiss edə bilərsiniz. Əgər bu ruh halından çıxa bilməsəniz, hətta depressiyaya da düşə bilərsiniz. 

Üstəlik bayırda yağış yağır... tutqun hava, torpaq qoxusu... Belə bir havada pərdələri çəkmək, ofisin pəncərəsindən çölə baxmamaq üçün özünüzü güclə saxlayır, işə diqqətinizi yönəldə bilmirsiniz. Həftə sonu isə ümumiyyətlə evdən bayıra çıxmamaq kimi bir istəyiniz olur. Ən pisi odur ki, bu vəziyyət sizin indiki həyatınızı yaşamağınıza mane olur. 
 
Nə etməliyik? 
 
1) Hər sabah üzünüzü yuyarkən, makiyaj edərkən, dişlərinizi fırçalayarkən istifadə etdiyiniz güzgüyə “GÜLÜMSƏ!” sözünün yazıldığı kağız yapışdırın. 
2) Tətil bitdi! Bir kənara çəkilib, monoton həyat tərzi keçirməkdənsə yeni bir şeylər etmək daha faydalı olar. 
3) İşdən tələsik çıxıb evə qaçmayın. Bir dostunuzla, rəfiqənizlə görüşün. Əgər ailəlisinizsə, yoldaşınız, övladlarınızla harasa gəzməyə çıxın. Hava proqnozuna güvənirsinizsə, onda açıq havada olmağın tam zamanıdır.
4) Tıxac sizi tez – tez narahat edirsə, onda səhər bir az erkən, axşam isə bir az gec yola çıxın. Əsas olan sizin rahatlığınızdır. Komfortunuza fikir verin. Ofisdə və ya parkda oturub nəsə maraqlı bir şey oxumaq  necə də gözəl olardı!
5) Evə çox yorğun qayıtdığınız zaman başınızdan aşıb - daşan işləri görə bilmirsinizsə, ilkin olaraq ilıq su ilə duş qəbul edin. 50 dəqiqə, bir saat yatsanız zehniniz istirahət etmiş olar. Ac olarkən yüngül bir şeylər məsələn, bir az meyvə, yoqurt, çərəz, salat və ya tərəvəz yeyə bilərsiniz.
6) Əgər ürəyiniz sıxılırsa, üstəlik hələ də yağış yağırsa, halınız pisləşərsə... Küçəyə çıxın, yağışın ətrini ciyərlərinizə çəkin, damlaların sərinliyini bütün varlığınızla duymağa çalışın. Sanki, vücudunuzda oyanışın baş qaldırdığını hiss edəcəksiniz. 
 
Tətil sonrası depressiyadan, sıxıntı və bezginlikdən qurtulmaq, mövcud vəziyyətə adaptasiya olmaq üçün bir az səbr, bir az təbəssüm, isti çay, maraq dolu kitab, bir fincan ətirli qəhvə, həmçinin şirin söhbət yetərincə faydalı olacaqdır. Özünüzü yaxşı hiss edib etməmənizdən əmin olun, əlinizdə olmayanlara deyil, olanlara diqqət yetirsəniz xoşbəxt və hüzurlu olarsınız. Düşünün ki, sıxıntı içində keçirdiyiniz hər saniyəni xoş təbəssümlə, yaddaqalan hislərlə də keçirə bilərsiniz. Seçim sizindir...

ŞƏRH YAZIN