Zəhmətkeş Olmaq

0
3104
Zəhmətkeş Olmaq

İndi sizə təqdim edəcəyimiz hekayə əsil zəhmətkeşlərin hekayəsidi.Əgər zəhmətkeş deyilsəniz belə inanırıq ki bu hekayədən siz də özünüzə pay çıxardacaqsınız.

Bir oğlan mağazaya  daxil olur , bir karton götürür və onu telefonun üzərinə qoyur. Sonra o , telefonda nömrə yığmağa başlayır. Mağazanın sahibi ona baxır və söhbətə qulaq asır. 

Oğlan: "Xanım , mənə sizin çəmənliyinizi biçmək işi verərsiz?"
 
Qadın :  "Mən artıq çəmənliyimi biçmək üçün bir adam tapmışam". 
 
Oğlan :"Xanim,mən sizin çəmənliyinizi o adamın istədiyi qiymətdən yarı qiymətə biçərəm ".
 
Qadın : "Yox , mən indi mənim çəmənliyimi biçən adamdan xeyli razıyam".
 
Oğlan daha da şuh səslə :  "Xanım ,  mən hətta sizin səkinizi və yolunuzu da süpürəcəm , beləliklə də bazar günündə Florida, Palm çimərliyində ən gözəl çəmənlik sizdə olacaq".
 
Qadın : "Yox , sağ ol".
 
Üzündə bir təbəssümlə , oğlan telefonun dəstəyini yerinə qoyur . Bütün bu söhbətlərə qulaq asan mağaza sahibi oğlana yaxın gəlir və deyir : 
 
"Oğlum , mən sənin bu hərəkətini bəyəndim . Mən belə pozitiv ruhlu insanları xoşlayıram və sənə bir iş təklif edirəm " . 
 
Oğlan qarşılığında : "Yox , sağ olun "
 
Mağaza sahibi təəccüb edərək : "Ancaq bayaq birinə iş üçün yalvarırdın".
 
Oğlan: "Yox,ele deyil , mən sadəcə artıq işlədiyim işdə öz işimi necə etməyimi yoxlayırdım və bir az əvvəl də telefonda danışdığım xanım üçün işləyirəm".
 
Biz gərək özümüzə baxmağı bacaraq və müqayisə edək ,öz zəif tərəflərimizi aşkarlayaq.Həmin zəifliklərimizdən də qurtulmaq üçün onların üzərində işləyək.Həmişə zəhmlə ,vicdanla və  ürəyimizi qoyaraq,can yandıraraq işləyək.Bu həmişə bizə yetəri qədər bəs edəcək.
 

ŞƏRH YAZIN