Karyera Üçün Deyil Istəkləriniz Üçün Çalışın.

0
1862
Karyera Üçün Deyil Istəkləriniz Üçün Çalışın.

Karyera kəlməsi bir sahədə yüksəlməyi və müvəffəqiyyət qazanmağı ifadə edir əslində. Karyera qurmaq isə təbiət qanunu olaraq təşvişli bir ruh halını bərabərində daşımağı tələb edir.

İstəklər, həyəcanlar, ideallar və əməllər arxasından qaçmağı dəstəkləyirik. Yüksəlmə narahatlığı ilə deyil, xəyallarınızı gerçəyə çevirmə əzmiylə hərəkət etməyinizi təklif edirik.
 
Aradakı fərq nədir deyə soruşacaq olsanız, karyera status ehtiyatlılığının arxanızda olmağına səbəb olur. 
 
Həyəcanlarınızın arxasından getmək həyatınızı daha da mənalı edər. Karyera etmək üçün sevmədiyiniz işlərdə, xoşlamadığınız iş yerlərində, qane olmadığınız sahələrdə iş görərkən, arzularınızın ardından qaçdıqda həm özünüzə, həm də ətrafınıza həyəcan qatarsınız. Yüksəlmək üçün çalışmazsınız, amma gördüyünüz işlər, təbii olaraq sizi yuxarılara daşıyar.
 
Nəyə inandığım gördüyümüz işlərə təsiri olur. İnamla gördüyümüz işlərdən daha çox qane oluruq. Məsələn, birini bəyənirsiniz, gözünüzə daha gözəl görünür. Sevdiyiniz bir sənətkarın gördüyü işlərin daha çox istedad tələb etdiyini düşünmə meylində olarsınız. Bahalı bir şərabı daddığınıza inandığınızda, şərabın dadının çox daha gözəl olduğunu düşünərsiniz.
 
İstəklərimiz, sevdiyimiz, inandığımız, etməkdən xoşlandığımız, həyəcanlandığımız, vaxtımızı həsr etməkdən həzz aldığımız, zamanı unutduğumuz və bəyəndiyimiz şeylərin məcmusudur. Elə isə, bizi hərəkətə gətirən istəklərimiz olarsa, yaradıcılıqda sərhəd olmaz. Çünki içimizin coşması, həyatımızın da coşmasına səbəb olar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN