Özgüvən necə qazanılır?

0
10896
Özgüvən necə qazanılır?

Özgüvən çox vacib şəxsi keyfiyyətdir. Həyatla baş etməmizi və problemlərlə real olaraq mübarizə aparmağımızı təmin edər, çətinliklərə qarşı gücümüzü artırar. Özgüvən qazanma müddəti həyatın önəmli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir insan olma təcrübəsidir. Özgüvən insana güc verir, enerjisini artırar və daha çox cəhd etməyə təhrik edər. Uğur üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duymağımızı və onlardan zövq almağı təmin edər. 

Ətrafımızdakı insanlar özgüvənimizi yüksəldə və ya endirə bilər. Həyata özgüvənli şəkildə baxmaq faydalıdır lakin, hədsiz bir güvənlə hərəkət edərək özümüzü və yaxınlarımızı təlaşa salma riskini də gözə almamalıyıq. 
 
Özgüvənimiz olmadan işləri edə bilib – bilməyəcəyimizdən əmin ola bilmirik. Lazımi bacarıq və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda daha əvvəl heç etmədiyimiz bir işlə qarşılaşarkən həyəcanlanarıq. Bir çox hallarda qərar vermək, işi özümüzün yaxud yaxınların köməyi ilə edib – etməməkdə, yoxsa işə yeni insanları cəlb etməkdə tərəddüd edərik. 
Bundan başqa çox yüksək güvən duyğusu hiss etdikdə davranışlarımızda sərhədlərimiz olduğunu qəbul etmək istəmərik, bacarıqlarımız haqqında real olmayan düşüncələrə qapılarıq. Üzərimizə yüklü bir iş alarıq, amma işi həmişə möhtəşəm yerinə yetirə bilmərik. Ən yaxşısını bizim düşündüyümüzü zənn edərik, təklifləri gözardı edərik, bizə kömək etmək istəyənlərdən də çox zaman imtina edərik.
 
Tam da olması gərəkli ölçüdə bir özünə inama sahib olduğumuzda isə, ən yaxşı üçün cəhd edəcəyimizi və qəbul edilə biləcək bir nəticə ortaya qoyacağımızı bilərək işi ələ alarıq. Bir işi edə bilmədikdə bəhanə axtarmaq yerinə, yenidən başlamaq üçün çalışarıq. Ilk dəfəsində çox da faydalı şəkildə yerinə yetirə bilmədiyimiz işin əslində dünyanın sonu olmadığını bilirik. Səhvlərimizi dərd etmək yerinə, onlardan dərs almağı öyrənə bilirik. Bir çox problemli situasiyalarda çətinliklərlə daha asan baş edə bilirik. 
 
Özgüvən hədəflərimizin ardınca gedərkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməyimizə izin verir. Özünə əmin addımlarla irəlilədikdə müvəffəqiyyət qazanmaq bizə təbii və real görünür. 
 
Bir çoxumuz müəyyən zamanlarda bəzi insanlarla və bəzi vəziyyətlərdə özümüzü güvəndə hiss edərkən, başqa zamanlarda digər insanların yanında özgüvənimizi itirərik. Özümüzə olan güvən  duyğusuna nələrin təsir etdiyini anlamağımız vacibdir.   
Bunun üçün aşağıdakı sualları öz – özümüzdən soruşmalı və dürüst cavablar verməliyik. 
 
Özümə ən çox güvəndiyim zamanlar hansılardır? Bacarıqlarımdan əmin olduğum və özümü ən rahat hiss etdiyim hallar hansılardır?
Qarşımızda özgüvənimizin ən yüksək olduğunu hiss etdiyimiz insanlar kimlərdir? Nə üçün?
Onlar bizə özgüvənimizi artırmaq üçün nə söyləyirlər yaxud nə edirlər?
Nə zaman özümüzə olan güvənin ən aşağı olduğunu hiss edirik?
Özgüvənimizi azaldan nələrdir? Hansı insanlar və hallar bizim özümüzü güvənsiz hiss etməyimizə səbəb olarlar?Söylənənlər və edilənlər nələrdir?  
 
Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən, ya da paltarınızın və xarici görkəminizin yaxşı olduğu zamanlardan bəhs edə bilərsiniz. Özgüvən çox zaman özümüzü necə hazırladığımız və necə gördüyümüz ilə bağlıdır. Bu hiss gəlib – gedən, artıb – azalan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha güvənli və güclü hiss edərik. Bəzi günlərdə də özümüzü dostlarımızın yanında yetərsiz hiss edərik və ya öz bacarıqlarımızı davamlı olaraq onlarınkı ilə müqayisə etdiyimiz vəziyyətlər yaşayarıq.
 
Özgüvənimiz zəiflədiyi zaman edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə, başqa insanların sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq, siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilirsiniz. Xüsusilə, onlarla rəqabətə girə biləcəyiniz sahələrdə öz bacarıqlarınızı inkişaf etdirməyə yönəlin. Bütün edə biləcəklərinizi ağlınıza gətirin, edə bilməyəcəkləriniz üçün isə çox da təlaşlanmayın, düşüncələrinizin onlara ilişib qalmasına izin verməyin. 
Özgüvəni artırmağın yaxşı yolu həyatımız boyu əldə etdiklərimiz uğurları xatırlamaqdır. Sahib olduğunuz bütün bacarıqları, yaxşı istifadə edə bildiyiniz qabiliyyətlərinizi ağlınıza gətirin və özgüvənli davranaraq qazanclı çıxdığınız anları xatırlayın. 
Əgər, siz də özgüvəninizi qazanmaq və artırmaq istəyirsinizsə monoton davranışlarınızdan uzaqlaşın. Daha ayıq, rahat və sərbəst davranmağı öyrənin. Fikirlərinizi daha yüksək səsli ifadə edin. Məsuliyyət alın. Iş həyatında daha aktiv olun. Enerjili olmaq üçün ideallar seçin, onların davranışlarından stimul alın. Cəsarətli olun ki, səhv etməkdən qorxmayasınız. Uğursuzluqların bir dərs olduğunu və uğur yolunda kiçik fasilələr olduğunu düşünün. Əldə etdiyiniz hər uğurda özgüvənizin artdığını görəcəksiniz! 
 

ŞƏRH YAZIN