Bədbinliklə Mübarizə Aparmaq Üçün..

0
4582
Bədbinliklə Mübarizə Aparmaq Üçün..

1. Özünüzü melanxoliyadan asılı hala gətirmiyin. Melanxoliya müvəqqəti bir ruh halıdır, əsla müdrikliklə qarışdırmayın.

2. Rəqabət yarışlarında da aludə olmayın. Tək gerçək uğur xoşbəxt hiss etməkdir.
 
3. Can sıxıntısı və həyəcan məsələsində dərəcəni itirməyin. Həyəcanı kiçik dozalarda və yerində istifadə etmək ən yaxşısıdır. Bir az can sıxıntısı da olacaq təbii ki.
 
4. Narahatlığınızı təcəssüm edin, yatızdırmayın. "Ola biləcək ən pis şey nədir?" deyə soruşun özünüzdən.
 
5. Həsəd deyil, heyran olun. Sahib olduqlarınızın dadını çıxarın, özünüzü başqaları ilə müqayisə etməyin.
 
6. Günah və utanc hissləri ilə mübarizə aparın. Gənc yaşınızın uydurmalara əsaslanan daxili səsinə məntiqinizlə qalib gəlin.
 
7. Şişirdilmiş bir ədalətsizliyə qapılma hissindən uzaq durun. Özünüzü, başqalarının sizə olan marağını  çox  da böyütməyin.
 
8. Başqalarının haqqınızda nə düşündüyünə çox qulaq asmayın. Cəmiyyətə ac qalmayacaq, ya da həbsə düşməyəcək qədər diqqət etmək kifayətdir.
 
Xoşbəxtliyi fəth etmək üçün:
 
1. Həyatdan dad alma hissinizi bəsləyin. Hər mövzuda yeni maraqlar yaradıb inkişaf etdirin.
 
2. Mehriban olun. Başqa insanlara şəfqət təqdim etməyə səy göstərin, amma qarşılığını tələb etməyin.
 
3. Yaxşı valideyn olun. Uşağınıza vaxt ayırın.
 
4. Maraqlı, çoxşaxəli və konstruktiv bir iş görün. Bacarıqlarınızın inkişaf edə biləcəyi və yaradıcı olan bir iş.
 
5. Çoxsaylı kiçik maraq sahələri tapıb inkişaf etdirin. Gündəlik həyatınıza rəngarənglik qatın.
 
6. Mübarizə ilə təslimiyyət arasında tarazlıq qurun. Əlinizdən gələni edin gerisini inkişaflara buraxın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN