Hədəfləri Nə Zaman Müəyyən Etmək Daha Faydalı Olar?

0
2401
Hədəfləri Nə Zaman Müəyyən Etmək Daha Faydalı Olar?

Hədəf müəyyənləşdirmək vacibdir. Bəs hədəfləri nə vaxt, hansı şəraitdə müəyyən etmək daha faydalı olar? Yəni hədəf müəyyən etmək üçün ən münasib an nə zamandır?

Bir çox insan hədəf təyin etmə və həyatında dəyişikliyə getməkdə müəyyən təqvimləri əsas götürür. Lakin tədqiqatçılar çox daha təsirli yol olduğunu deyir.
 
Dərhal başlamağınız lazım olan böyük bir layihəni davamlı təxirə salır, ən yaxşı anı gözləyirsinizmi?
 
Bəlkə də doğru yoldasınız.
 
Bir çox insan həyatında dəyişiklik etmək üçün mühüm tarixləri gözləyir. Bazar ertəsiləri və ya yeni ili gözləmək kimi.
 
Ancaq mütəxəssislər, insanların özləri üçün bir mənası olan vaxtlarda hədəf təyin etməsinin daha motivasiya edici olacağını deyir.
 
Yeni başlama təsiri.
 
"Yeni başlama təsiri" olaraq adlandırılan bu faktı araşdıran alimlərdən biri də Ucla Anderson Menecment Fakültəsində təşkilati davranış dosenti Hengchen Daidir.
 
Ona görə insanların keçmişini, səhvlərini asanlıqla geridə qoya biləcəyi "psixoloji olaraq əhəmiyyətli keçid nöqtəsi" adlanan dövrlərdə motivasiya olmaq daha asandır. Bu anlarda hədəflərinizi reallaşdırmaq istiqamətində addım atmağınız daha ehtimal olunandır.
 
Bu həftəlik, üç aylıq və mövsümi bir dövr ola bilər, möhkəm şəkildə  təqvimə bağlanmaq lazım deyil. Məsələn, hədəfiniz istiqamətində ilk addım üçün yeni bir işə başladığınız gün və ya yeni semestrinin başlanğıcı seçilə bilər.
 
Nyu-York Universiteti və UCLA-dan professorların apardığı bir araşdırmada, bu yaşlara keçiddə mühüm qərarların alındığı görülüb. Hətta 29, 39 kimi yaşlarda insanların yeni qərarlar almaq ehtimalı 30 və 40 kimi yaşlara nisbətən daha çox idi.
Qırılma nöqtələri
 
New Yorklu karyera koçu Rebecca Kiki Weingarten, müştərilərinin daim yeni başlanğıc axtarışında olduğunu, amma vaxt seçiminin "insanın çalışma tərzi və motivasiya ehtiyacına bağlı olaraq dəyişdiyini" deyir. "Bəziləri yeni hədəflərini iş yeri icazəsi sonraya buraxarkən, bəziləri də məsələn, atlet isə idman tədbirləri müddətinə görə müəyyənləşdirilir".
 
Bəziləri üçün işdən atılma və ya xüsusi münasibətinin sonlanması kimi dövrlər yeni layihələrə, yeni bir karyeraya, maliyyə dəyişikliyi və ya uzun zamandır təxirə salınan şəxsi bir dəyişiklik etmək üçün yaxşı bir başlanğıc ola bilir.
 
Bəziləri də əhəmiyyətli bir ad günü və ya sevdikləri birinin doğum və ya ölüm ildönümü kimi zamanları seçir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN