Həyat Davam Edir

0
3820
Həyat Davam Edir

Psixoloqlar depressiyadan çıxmaq üçün bir çox məsləhətlər verir.Ancaq bəzən bu məsləhətlər kömək etməyə bilir. Həmin məsləhətlərə diqqətlə qulaq asırsız və əməl etməyə çalışırsız lakin heç bir faydası olmadığını görürsünüz. Çünki, deyilənlərə nə qədər əməl etməyə çalışsanızda içinizdə hər şeyin yaxşı olacağına dair inam yoxdu. Əgər depressiyaya düşmüsünüzsə, ilk öncə özünüz özünüzə kömək etməlisiz. 

Sizə olmuş bir əhvalatı misal gətirmək istəyirik:  
 
Neçə illər bundan əvvəl bir qəza baş verir və bir adam yaxın dostunu gözünün qabağında can verərək öldüyünə şahid olur. Bu hadisə ona dəhşətli dərəcədə pis təsir edir. Uzun bir müddət depresiv bir vəziyyətdə olur.Kitab oxumağı sevdiyi üçün özü haqqında axtarış etməyə başlayır. Artıq bu vəziyyətdən və bu cür yaşamaqdan qurtulmalı idi.
 
Əvvəlcə depressiyadan xilas olmaq üçün həkimə müraciət etməyi lazım idi. Həkimə müraciət etdiyi zaman həkim ona: "Siz özünüz özünüzə kömək etməsəniz, yaxşı ola bilməzsiniz! Dərmanlar sizə bir qədər kömək edər..." dedi.Ancaq o bilmirdi ki, özünə nə şəkildə kömək edə bilər.Müalicəyə artıq uzun müddət varıydı ki başlamışdı.Ancaq hələ də özünü yaxşı hiss edə bilmirdi.
 
Arxasına dönüb baxdıqda həyatdan uzaqlaşdığını görürdü. Ancaq unutduğu bir şey varıydı ,o da həyatın davam etdiyi. Uzun bir müddət yaşamadığını dərk edirdi. İndi isə düz yolda olduğunun fərqindədir . Çünki yenidən yaşamaq üçün, əvvəlki həyatına qayıtmaq üçün bir şeylər etməyə çalışır.Sonra bir gün  çox təsirləndiyi bir cümlə görür: "Güclü insanlar həyatın acı olduğunu daim bilirlər."
 
Bunu görəndən sonra ətrafındakı güclü insanları araşdırmağa və insanların həyat hekayələrini oxumağa başlayır. Araşdırandan sonra görür ki, onlar çox daha böyük əzablar yaşayıblar, amma hər şeyə baxmayaraq güclü qalmağa çalışıblar.Bu, özünə gəlməyində çox böyük rol oynayır.
 
Əgər depresiv bir vəziyyətə düşmüsünüzsə , yaxşı olar ki, həkimə müraciət edəsiniz .Bir insan fiziki olaraq xəstə olsa da xoşbəxt ola bilər. Ətrafınızda bir çox insan var ki, sağlamlıqları yerində deyil, amma bir şəkildə xoşbəxtdir. Yəni həyatınızın hər anında bir sıra fiziki çatışmazlıqlar olur. Bunu dəyişdirə bilmə kimi  şansınız yoxdur, ancaq özünüzə yaxşı baxıb sağlamlığınızı qoruya bilərsiniz. Bütün bunlara baxmayaraq, xoşbəxt ola bilərsiniz. Halbuki, insan depressiyada olanda hər şeyi olduğu halda özünü xoşbəxt hiss edə bilmir. Heç bir şey kefini açmır, heç bir şey etmək istəmir.
 
Bir şeylər etməyə çalışsaz bir müddət sonra çətinliklər də yaddan çıxmağa başlayır. Bunun üçün idman və ya hobbinizlə məşğul ola bilərsiniz. Xüsusilə irəliyə qoyulan hədəflər çox daha yaxşıdır.
 
Həyatınızdan keçən bir dəqiqəyə belə icazə verməyin. Həyatınızın hər anını doyunca yaşayın. Depressiyadan uzaq durmağa çalışın.Çünki həyat çox gözəldir. Ən əsası qarşınıza qoyduğunuz hədəfləriniz var. Səbəblərinizin tükənməyinə imkan verməyin. 
 
 
 

ŞƏRH YAZIN