Uğurlu olmaq üçün bunlara əməl edin!

0
6148
Uğurlu olmaq üçün bunlara əməl edin!

1. Həyatda hər şeyə baxmayaraq  irəli getmək kimi  bir qayda var. Sınaqdan keçirtməyə çalışın.Mütləq, nəticəsini görəcəksiniz.

2. Yeni günə başladığınız zaman sizə ən ağır gələn və ən cansıxıcı işi görün. Əgər bunu etməyə çalışsaz gün ərzində mənasız fikirlər sizin beyninizi zəbt etməyəcək.
 
3. Sizi istənilən bir vəziyyətdə satan, sizə xəyanət edən insanların yanına qayıtmayın. Onlar dəyişə bilmir.
 
4 Heç kəs heç kimə heç nə borclu deyil. “Borclu olmaq” sözünü unudun.Yoxsa, təkcə maddi deyil, həm də mənəvi anlamda borc içində itib-batacaqsınız.
 
5. Hər zaman həqiqəti söyləyin.Yalan deməyin.Onda heç nəyi yadda saxlamağa məcbur olmayacaqsınız.
 
6. Gecikdiyiniz zaman mütləq xəbər vermək üçün bir üsul tapın.
 
7. Ağlınıza ideya gələn kimi mütləq yazın.
 
8. Hətta ən ciddi mübahisə zamanı belə insanı zəif yerindən vurmağa, onu alçaltmağa çalışmayın. Siz çox güman ki, barışacaqsınız. Amma deyilən söz heç zaman yaddan çıxmır.
 
9. Valideynlərinizi nə zaman itirəcəyiniz bilmirsiniz ona görə də onlarla daha çox zaman keçirtməyə çalışın.Sonra itən zamanı geri qaytarmaq mümkün olmur.
 
10. Nəzakətli olmaq bütün ürəkləri fəth edən bir şeydir. Bundan daha tez-tez istifadə etməyə çalışın.
 
11. Səhvlərinizi etiraf etməyi bacarın.
 
12. Dayanmadan şikayətlənmək vərdişindən imtina edin. Heç kəsi digərlərinin problemləri maraqlandırmır.
 
13. Qeybət etməyin, şayiə yaymayın.
 
14. Dəqiq olmayan, qarışıq olan vəziyyətlərdə hər zaman uzanıb yatmaq məsləhətlidir. Həmişə, istənilən bir vəziyyətdə “Bu da, keçəcək” məsələni yada salmaq da çox əhəmiyyətlidir.
 
15. Televizora baxmamağa çalışın.Zamanınızı çalmaqdan başqa bir şey deyil.
 
16. Digər insanların xəyallarını ələ salmayın.
 

ŞƏRH YAZIN