İşdə Enerjili Olmaq Vacibdir!

0
2414
İşdə Enerjili Olmaq Vacibdir!

İşdə enerjiniz tükənibsə, demək ki, siz də tükənmisiniz. O enerjini geri qazanmasaq, məhsuldarlıq sıfıra enəcək və bu da iş həyatının sonu ola bilər. Ona görə də, sizə psixoloqların enerjimi geri qazanmaq üçün tövsiyyələrini təqdim edirik.

Fasilə verin
 
Yemək yedikdən sonra dərhal kompüter başına dönməyin. Ətrafda bir az gəzin və mümkünsə çölə çıxın. Bir az yaşıllıq görmək
sizi rahatlaşdıracaq.
 
Üzünüzü yuyun
 
Oyanmanıza köməkçi olması və sizi yeniləməsi üçün üzünüzü yumağı yoxlaya bilərsiniz. Və ya yaş bir dəsmal ilə boyun və başınızı isladın.
 
Yaşıl çay için
 
Qəhvədən daha az kafein ehtiva edən yaşıl çay sağlam bir yuxu açan olacaq.
 
Saqqız çeynəyin
 
Saqqız çeynəmənin enerjinizi geri gətirəcəyinə inanmağa bilərsiniz, ancaq biz yenə də sınamağı təklif edərik.
 
Şəkərdən uzaq durun
 
Gün boyu şəkərli qidalar qəbul etsəniz yuxu halı dözülməz olacaq. Şəkərdən uzaq dayanmağa çalışın.
 
Bol su için
 
Bədəninizin ən çox ehtiyac duyduğu şey sudur. Su, həzm sisteminizi təşkil edəcək və hüceyrələrin yenilənməsində təsirli olacaq. Beləcə bol su qəbul edərək yuxu halından xilas ola bilərsiniz.
 

ŞƏRH YAZIN