Tanınmış İş Adamından...

0
1094
Tanınmış İş Adamından...

Piter Cons tanınmış iş adamı və “BBC”də yayımlanan “Dragons’ Den”  şousunun ulduzlarından biridir. O, sakibkarlıq fəaliyyətinə 16 yaşında, tennis akademiyasının əsasını qoymaqla başlayıb. Daha sonra isə o, kompüter biznesini qurub. Piter “2001-ci ilin ən yaxşı iş adamı” adını qazanmaqla çox saylı milli mükafatların sahibi olub. Hazırda 47 yaşında olan Piter Böyük Britaniyanın aparıcı sahibkarlarından biri hesab olunur. 

Piter Consun sahibkarlıq üçün vacib hesab etdiyi 10 qızıl qayda: 
 
Qayda 1: Uzaqgörənlik 
Uzaqgörənlik sənin mənzilbaşındır. Mənzilbaşına çatmaq üçün məqsədlərindən  və nəticələrdən hazırlanmış bir xəritəyə ehtiyacın var. 
 
Qayda 2: Təsir gücünüzdən istifadə edin. 
Biznesin böyüdülməsi üçün həmişə tərəfdaşlara ehtiyac var. Biznes maqnatları yalnız  çatışmazlıqları və fikir ayrılıqlarını aradan qaldırmaqla uğurun təmin edilməsinin  mümkün olduğunu yaxşı bilirlər. 
 
Qayda 3: İnam yaradın. 
Əgər siz özünuzə, fikirlərinizə inanmırsınızsa, nəyə görə başqaları sizə inanmalıdır? Təcrübə, bilik və bacarıq əldə etməklə özünüzə inanın. Uğursuzluq haqqında fikirlərinizi dəyişin. 
 
Qayda 4: Qaydaları müəyyənləşdirin. 
Qaydalarını əvvəlcədən müəyyənləşdirməklə uğura gedən yolun ən əhəmiyyətli addımını atmış olursunuz. 
 
Qayda 5: Uğuru məqsəd kimi qarşınıza qoyun. 
Biznes maqnatları istədikləri hər şeyə nail olmağı bacarırlar. Onlar nəticələri idarə etmək qabiliyyətinə malikdirlər. Uğuru qarşıya hədəf kimi qoymaq uğur əldə etmək qədər vacibdir. 
 
Qayda 6: Hərəkətə keçin. 
Atdığınız addımlar xəyallarınız və nəticələr arasında körpü rolu oynayır. Hərəkətə keçmədən nəticə əldə etmək mümkün deyil. 
 
Qayda 7:  Zamanlama 
Bazar və tərəfdaşlarının dəyişən tələbatlarını ödəmək vacibdir. Bazara daxil olma vaxtının düzgün  nizamlanması uğurun təminatıdır.   
 
Qayda 8: Əzm 
Əzm, şəffaflıq və dözümlülük biznes maqnatlarının əsas xüsusiyyətləridir. Uğurlu sahibkarlar öz bizneslərini qurmaq üçün daim mübarizə aparırlar.   
 
Qayda 9: Qayğıkeş olun 
Ünsiyyət insanlar arasında başlıca körpüdür. Biznes və şəxsi münasibətlər qarşılıqlı olmalıdır. İnsanlarla sizinlə davranılmasını arzuladığınız kimi davranın. İnsanların hər hansısa biznes sahəsindən daha əhəmiyyətli olduğunu unutmayın.   
Qayda 10: İntuisiyanıza güvənin. 
Hisslərinizə güvənin. Bu hisslər sizi yanlış qərarlar qəbul etməkdən çəkindirə və düz yolu göstərə bilər.
 

ŞƏRH YAZIN