İş Yoldaşınız Hansı Xarakterdədir?

0
1876
İş Yoldaşınız Hansı Xarakterdədir?

Həftədə ən az 40 saatı birlikdə keçirdiyimiz, demək olar ki, "yediyimiz, içdiyimiz ayrı getməyən" dərhal yanı başımızdakı iş yoldaşlarımız. Çoxunu ailənizdən və yaxın dostlarınızdan daha çox gördüyünüz qətidir. Haqlarında çox şey bildiyinizi düşünsəniz də, əslində hər birinin özünəməxsus gizli qalmış obrazları var. İnsan resursları və karyera saytı tərəfindən edilən bir araşdırma ofislərdə cürbəcür tipdə çalışan xarakterləri və onlarla necə başa düşüləcəyini ortaya qoyur. Görəsən sizin iş yoldaşınız hansı qrupa daxildir?

Sözgəzdirən:
 
Ofisdə baş verən son qalmaqalın həqiqətdə doğru olub-olmadığını və mənbəyinimi öyrənmək istəyirsiniz. Onlara problem yoxdur. Günlərini başqalarının danışıqlarını "qeyd edərək" keçirən bu qrup yeri gələndə istifadə etməkdən də çəkinmir. Onlarla başa çıxmaq çətin ola bilər, çünki adətən kənardan şirin görünmələriylə məşhurdurlar. Dedi-qoducu ilə başa çıxmağın ən yaxşı yolu onları görməməzliyə vurmaqdır. Və nə edirsinizsə edin onlara həyatınızla bağlı detal verməyin, ya da dedikləri şeyi başqasına söyləməyin.
 
Şikayətçi:
 
Şikayətlənmələri üçün səbəb axtarmağa ehtiyac yoxdur. İstər işlər sıxıntıdan partlayacaq qədər az olsun, istər ağlını itirəcək qədər çox. Hər halda şikayət edəcək bir şey tapırlar. Onları nə susduraraq, nə də sevindirərək, ya da çarələr təklif edərək bu xasiyyətindən imtina etdirə bilməzsiniz. Nə işə yarayır bilirsinizmi? İçdən bir cümlə "Həqiqətən dəhşətlidir. Bütün bu problemlərlə necə mübarizə aparacağımı həqiqətən bilmirəm". Biri onları həqiqətən eşitdiyi üçün təəccüblənib sakitləşirlər.
 
Nəzarət dəlisi:
 
İş yerində müəyyən bir vəzifə bölgüsü olduğuna dair inamları yoxdur. Şirkət yazışmalarını rəsmi yazı tipindən qabyuyan maşınının necə təşkil edilməsi lazım olduğuna qədər mütləq bir fikirləri var və sizin də bunlara diqqət etməyinizi istəyirlər. Onlarla məşğul olarkən mümkün qədər sakit olun. Səbrli olun, onlara nəzakətli bir şəkildə yaxınlaşın və çox yavaş danışın. Əgər onları dərk etdiyinizi göstərsəniz, böyük ehtimalla sizi tərk edər, gedib başqa birinin işinə qarışarlar.
 
Həssas oyunçu:
 
Hər şeyi faciəli bir operaya çevirməkdə üstlərinə yoxdur. İş masasından gələn iniltilər və ürək parçalayan səslərdən birinin öldüyünü, ya da təsadüfən kompüterdəki bütün məlumatları silindiyini düşünürsən. Amma ümumiyyətlə, bunların heç biri doğru çıxmaz. Əgər həssas oyunçuya kömək etmək istəyirsinizsə, mümkün qədər az reaksiya verməyə çalışın və "Belə şeylər olur" - deyib keçin. Əgər əlinizə bir fürsət keçsə problemini həll etməyi təklif  və ya kömək edin. Bu da çarə ola bilər.
 
Arxadan vuran:
 
Qarşılaşmaq istəməyəcəyiniz ən pis ofis obrazlarından biri. Uzun müddət dostunuz kimi davranmasına aldanmayın. Bu fikirinizi oğurlamaq, ya da haqqınızda yüksək rəhbərliyə dedi-qodu etmək üçün fürsət axtardıqları həqiqətini dəyişdirmir. Təəssüf ki, onları tanıdığınız zaman canınız çoxdan yanmış olacaq. Nə qədər cəlbedici olsa da, bu adama əsla güvənməyin. Mübarizə aparın! Beləliklə sizi bir daha incitməyəcəkdir.
 
Boşboğaz:
 
Danışırlar, yenə danışır, danışır, danışır, danışırlar. İstər dinləyən biri olsun, istər olmasın, mütləq deyəcək bir çox şeyləri var. Düşüncələrini özlərində gizlətməyən insanlardan biri olan bu maraqlı tiplər, ağlından keçən hər cür detalı bilmək istədiyinizi düşünürlər. Başa çıxmaq üçün "Beş dəqiqə içində əhəmiyyətli bir telefon zəngi etməliyəm" kimi bir cümlə möcüzələr yarada bilər. Eyni zamanda nəzakətlə sözünü kəsib, "Bir şey soruşa bilərəmmi?" deyərək çıxış üzərində nəzarət sahibi olmağı sınaya bilərsiniz. Ya da son çarə olaraq "Təəssüf, amma həqiqətən getməliyəm" demək qəti çarədir. Əgər bunlardan heç biri olmazsa, bir qulaqlıq alın.
 
Mükəmməl:
 
İstər çox çalışqan və istedadlı olsun, istər göydən enmiş bir mələk, istər doğuşdan hər baxımdan mükəmməl yaradılmış adamlar olsunlar, fərq etməz. Mütləq sizin pis görünməyinizə səbəb olurlar. Bu vəziyyət bir müddət sonra əsəblərinizi pozmağa başlayır və öz çıxışınızdan narahat olmağa başlayarsınız. Öz işinizə yönəlmək əhval-ruhiyyənizi xeyli dərəcədə yüksəldir. Əminik ki, etməkdə usta olduğunuz bir şey var. Özünüzə bunu göstərmək üçün bir fürsət verin.
 
Amansız :
 
Bu qrup haradasa şirkət qurulduğundan bəri (ya da sadəcə sizə elə gəlir) buradadır və sizə bütün bu müddəti göstərməkdən çəkinmir. İnsan özünü nə üçün hələ də eyni işdə olduğunu düşünməkdən ala bilməz. Bu adamlar uzun perspektivdə nikbinliyinizi və özünüzə etibarınızı, öz yaşadıqları acı peşmançılıqları izah edərək silə bilər, işinizdən aldığınız keyfi yox edə bilər. Yaxşı tərəfi odur ki, onun sayəsində şirkət haqqında bütün məlumatı əldə edə bilərsiniz. Bu vəziyyətə yaxşı tərəfindən baxın. Nələr öyrənə biləcəyinizi təxmin  edə bilməzsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN