Cəsarətli Olmağın Hekayəsi

0
10494
Cəsarətli Olmağın Hekayəsi

Kral bir gün vəzifə vermək üçün ətrafında olan güclü və ağıllı insanları sınamağa qərar verir.Kral onları indiyə qədər görüb görəcəkləri ən böyük qapının qarşısına gətirərək söyləyir: "Sizin kimi ağıllı və güclü insanları toplamaqda məqsədim var.Mənim bir problemim var və hansınızın bunu həll edə biləcəyini görmək istəyirəm. Burada krallığımdakı ən böyük və ən ağır qapını görürsünüz. Hansınız bunu aça bilərsiniz?"

Saray mənsublarından bəziləri aça bilmərik deyərək  başlarını yelləyir. Digərləri,başqalarına görə daha ağıllı sayılanlar, qapını daha yaxından nəzərdən keçirdirlər, lakin onlar da aça bilməyəcəklərini qəbul edirlər. Bu ağıllı insanlar belə söyləyincə saraylılar problemin həll edilə bilməyəcək qədər çətin olduğu haqda  bir fikrə gəlirlər.
 
Yalnız bir vəzir qapının yanına gedərək onu  bir nəzərdən keçirir və əlləri ilə onu açmağı yoxlayır, açmaq üçün fərqli yollara can atır, ən sonunda qüvvətlə bir şəkildə itələdiyində ağır qapı açılır. Məgər qapı onsuz da tam bağlı deyilmiş və açmaq üçün sınamaq istəyi və cəsarətdən başqa bir şey lazım deyilmiş.
 
Kral vəzirə: "Yalnız gördüyün və eşitdiyinə fikir vermədən , öz gücünü işə saldığın və sınadığın üçün saraydakı vəzifəni sən alacaqsan" söyləyir.
 

ŞƏRH YAZIN