Əgər bu 8 əlamət sizdə varsa...

0
6178
Əgər bu 8 əlamət sizdə varsa...

Zaman zaman "zəkalı insanların xüsusiyyətləri nələrdir?" deyə soruşulur. Bu problemin cavabını özümüzdə və uşaqlarımızdan axtarırıq. Bu yazımızda ağıllı insanların 8 xüsusiyyətini araşdıracağıq...

1. Ağıllı insanlar nəzakətlidir və nəzakət qaydalarına tabe olurlar. Insani xüsusiyyətləri çoxdur və qarşılarındakına dəyər verirlər. Hansı ağıllı insanı araşdırsanız araşdırın, zərif olduğunu görərsiniz.
 
2. Ağıllı insanların duyğuları çox dərindir. Məntiqi inkişaf eyni zamanda romantik inkişafa da təsir göstərir. Bu vəziyyətə görə uşaq qalmağı bacarmış insanlar daha ağıllıdır kimi bir nəticəyə nail ola bilərik, çünki onlar uşaq duyğularını çox sıx yaşayarlar.
 
3. Xüsusiyyətlərindən biri çox böyük fiziki enerjiyə sahib olmalarıdır. Bu doğuşdan gələn bir enerji olmayıb, tamamilə özünü adaptasiya etdiyi mövzunu tamamlamaq üçün saatlarla çalışması ilə bağlıdır. Bunun nəticəsi olaraq iradə və ürək koordinasiyalı bir şəkildə enerjini təmin etmək üçün çalışırlar.
 
4. Üstün zəkalı insanların digər bir xüsusiyyəti isə həm ağıllı görünüşlü olmaları və həm də təbii görünmələridir. Həm zəkalarını müəyyən edərlər və həm də uşaq kimi hərəkət edərlər. Bu səbəbdən dolayı da sorğulanırlar: bu adam həqiqətən ağıllıdırmı?
 
5. Ağıllı kəslər həm intizamla və həm də oyun oynayar tərzdə işlərini görərlər. Etdikləri işi böyük bir ciddiliklə edərlər, ancaq oyun havası da verərək etdikləri işdən böyük bir zövq alırlar.
 
6. Ağıllı kəslər həm gerçək dünya ilə bağlarını qoparmazlar və həm də xəyal dünyası içində yaşayarlar. Istehsal etdikləri şeylər gerçək dünyada istifadə olunacaqdır, ancaq olmayan şeyləri çıxarmaq məcburiyyətindədirlər. Normal insanlara görə üstün zəkalı insanların düşüncələri fantastikdir, ancaq nəzərə alaq ki, elmi işlər fantastik xəyallar nəticəsində ortaya çıxmaqdadır.
 
7. Üstün zəkalı insanlar son dərəcə inadçı kəslərdir. Müvəffəqiyyətsizlik səbəbilə əsla ümidlərini itirməzlər və bu yoldan dönməzlər. Düşünün, Edison lampanın necə işləməsini tapmadan əvvəl 3000 dəfə sınaqdan keçirmişdi, lakin bu uğursuzluqdan heç yorulmadı və sonda istəyinə nail oldu.
 
8. Üstün zəkalı insanlar lider ruhlu insanlardır. Ümumiyyətlə hər mövzuda söyləyəcəkləri şeylər olduğu üçün hər cür insana xitab edə bilərlər. Mehriban və sevimli bir rəftarları vardır. Ümumiyyətlə davranışlarından liderlik xüsusiyyətləri açıq görünür.
 

ŞƏRH YAZIN