İş həyatında uğurun sirri

0
1738
İş həyatında uğurun sirri

İş həyatında müvəffəqiyyətli olmağı hər kəs istəyər. Amma acı həqiqətlər bizə müvəffəqiyyətin dolanbac və sərt yollardan keçdiyini söyləyir. Lakin "olmaz" deyə bir şey yoxdur. Uğur əldə etməyin də özünə məxsus yolları var:

Özümüzü tanımalıyıq. Hansı yönlərimiz zəif, hansılar qüvvətli, hansı sahələrdə daha müvəffəqiyyətli ola bilərik? Demək ki, iş həyatında müvəffəqiyyətli olmaq üçün daha qabiliyyətli olduğumuz sahəyə yönəlməyimiz lazımdır, daha çox pul qazandırana deyil. İşimizi yaxşı etsək onsuz da hər işdən yaxşı pul qazana bilərik.
 
Hədəf təyin etmək. Bu variant da əslində özümüzü yaxşı tanımaqla əlaqədardır. Nə edib, nə edə bilməyəcəyimizi bilərək hədəf təyin etməliyik. Real olmayan hədəflər qoymaq, ya da müəyyən bir hədəf qoymamaq müvəffəqiyyətin qarşısında daima mane olacaq.
 
İnanmaq. Qoyduğunuz hədəfə çatacağınıza inanmırsınızsa müvəffəqiyyətli olmağınız qeyri-mümkündür. İnanmaq lazımdır, amma xəyallara inanmaq deyil. Bacarmaq üçün lazımlı məlumat, təcrübə və təchizatınız var? Şərtlər uyğundur? Bu məsələləri özünüzdən obyektiv olaraq soruşun. Həqiqətən bacara bilərsinizmi? Bəlkələrlə yola çıxsanız sona çata bilməzsiniz.
 
Qərarlı olmaq. Adətən bir çoxumuz sürətli başlayıb, amma tez yorulan bir quruluşa sahibik. Müvəffəqiyyətin həmişə tez gəlməsini istəyərik. Amma əvvəldə də dediyimiz kimi müvəffəqiyyəti əldə etmək əlbəttə ki, asan deyil, səbr tələb edir. İş həyatında büdrəsək belə, qalxıb yolumuza davam etməli, sınamaqdan bezməməliyik.
 
Müvəffəqiyyətin qarşılığını ödəməyə hazır olun. Hər şeyin olduğu kimi müvəffəqiyyətin də bir əvəzi vardır. Müvəffəqiyyətli olmaq üçün vaxt və pul lazım olduğunu hər kəs bilir. Sizcə yalnız o qədərmi? İş həyatında müvəffəqiyyətin əvəzi bəlkə əxlaqi dəyərləriniz, bəlkə sizə olan etibar və inam, bəlkə də həyat yoldaşı, dost və ətrafınızdakıları itirmək ola bilər. Bu əvəzləri ödəməyə hazırsınızmı? Ya da nə qədərini ödəyə bilərsiniz? Hər kəsi aldadaraq yaxşı bir siyasətçi, ya da rəhbərlərinizə yaltaqlıq edərək yaxşı maaşlı bir idarəçi ola bilərsiniz. Əvəzini ödəyə bilməyəcəyiniz heç bir işə girişməyin, yoxsa yarıda buraxmaq məcburiyyətində qalarsınız.
 

ŞƏRH YAZIN