İşdə Daha Çox Uğur Qazanmaq İstəyirsinizsə..

0
3555
İşdə Daha Çox Uğur Qazanmaq İstəyirsinizsə..

İşdə daha çox  nailiyyət qazanmaq istəyirsinizsə, indi qeyd edəcəyimiz tövsiyyələr sizin üçündür.

1. Hədəfiniz olsun.
 
İlk öncə hədəfinizi təyin edin. Hansı vəzifədə olmaq, hara doğru irəliləmək istədiyinizə qərar verin. Hər şeydən vacib hədəfinizin nə olduğunu bilməkdir. Çünki hədəfinizin nə olduğunu bilməsəz heçnə edə bilmərsiniz.
 
2. Plan qurun.
 
Plan vacibdir. Çalışın ki, plansız hərəkət etməyəsiniz. Görəcəyiniz işləri bir yerə qeyd edin, təcili və vacib olan işləri ilk sıraya salın. 
 
3. Vaxt təyin edin.
 
İşlərinizi bitirmək üçün vaxt məhdudiyyəti qoyun. Bu sizin işlərinizi zamanında qutarmağınıza çox böyük kömək olacaqdır.
 
4. İstiqamətinizi dəqiqləşdirin.
 
İstiqamətinizi seçmək sizi motivasiya edəcəkdir. Özünüzə qarşı tələbkarlığı bir qədər artırın və tənbəlliyin daşını atın. Müsbət və mənfi cəhətlərinizi müəyyənləşdirin.
 
5. Öhdəsindən gələ bilməyəcəyiniz işi üzərinizə götürmüyün.
 
Bəzi işlər vardır ki, o işin məsuliyyəti altına girmək çətin olur. Bacardığınız işi öz öhdənizə götürün və başqalarının gözünə girmək üçün özünüzü pis vəziyyətlərə salmayın.
 
6. İşə başlamağın zamanıdır.
 
Hər şeyi müəyyənləşdirib qərarlaşdırmısınızsa, işə başlamağın tam zamanıdır. Birdən-birə özünüzü yükləməyin.
 
7. Ən vacib olandan başlayın.
 
Bunun seçimini isə özünüz edin, hansı sizin üçün daha vacibdir?
 
8. Vaxtdan səmərəli istifadə edin.
 
"Vaxtımız həyatın bizə bəxş etdiyi yeganə nemətdir ki, o bizim özümüzə məxsusdur." - Bu kəlamı hələ keçən eranın əvvəllərində yaşamış romalı filosof Seneka demişdir. Bu gün görməli olduğun bir işi sabaha qoyma. Vaxtını düzgün bölüşdürmək üçün gündəlik tərtib et. Boş yerə keçirdiyin vaxtı qiymətləndirməyə çalış.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN