İşdə xoşbəxt olmağın sadə yolları

0
2348
İşdə xoşbəxt olmağın sadə yolları

1. İşdə öz problemlərinizi yaddan çıxardın. Fikrinizi toplamağınıza və işdən həzz almağınıza problemlər mane ola bilər.İlk öncə unutmayın ki, problemi olmuyan bir insan yoxdur. Daxili problemlərinizi  işə yansıtmayın. 

2. Ofis otağınızdakı əşyaları öz zövqünüzə görə yerləşdirin. Təbii ki, bunun üçün müdirinizin də icazəsi də olmalıdır. Çünki siz günün çox hissəsini demək olar ki, iş yerində keçirirsiniz. Elə buna görə də, iş otağınız təkcə iş baxımından deyil, həmçinin görünüş cəhətdən də zövqünüzü də oxşamalıdır.
 
3. Ətrafınızdan dəstək alın. Sizin həyatınıza bənzər həyat yaşayan insanlar günün yorğunluğunu azaltmaqda təsir edəcəkdir.
 
4. Sağlamlığınıza diqqət edin, çoxlu maye qəbul edin. Gün ərzində enerjili olmaq istəyirsinizsə yeməyinizi yaxşı yeyin və bol su için. 
 
5. Özünüz üçün iş planı qurun. Bu sizin işinizi kifayət qədər yüngülləşdirəcəkdir.Və günün sonunda yorğunluqdan da mümkün qədər xilas olacaqsınız.
 
6. Gəzişin. Bu həm xoşbəxtlik cəhətdən də önəmlidir, həm də sizin sağlamlığınıza da xeyirdir. İşlərinizin arasında çətin olsa da gün ərzində zaman ayırıb bir neçə dəfə ofisdə ya ofis kənarda gəzişin. 
 
7. İş yoldaşlarınızı olduğu kimi qəbul edin.Onları dəyişdirə bilmərsiniz.Bu mümkün olan bir şey deyil. Ancaq onların sizə qarşı davranışlarını dəyişdirmək isə öz əlinizdədir. 
 
8. Rahatlığınızı yaddan çıxartmayın. Nə qədər işləsənizdə arada rahatlığınızı da düşünün. Dərin nəfəs alın və rahatlaşın.Daha sonra işinizə yenidən davam edə bilərsiniz.
 
9. Optimist olun. Hər şeyə müsbət yanaşmağa çalışın. Əgər ağlınızda müsbət fikirlər  yaranarsa, bu, sizə işinizdə də uğur qazandıracaq
 
10. Özünüzü dəyərləndirin.İş gününüzün sonunda əməyinizin nəticəsi olaraq özünüz-özünüzə hədiyyə edin. Bu sevdiklərinizlə gəzintiyə çıxmaq, kinoya getmək, və yaxud axşam yeməyinə çıxmaq da ola bilər. Bu səhəri gün işinizə daha enerjili gəlməyinizdə də böyük rol oynayacaqdır.
 

ŞƏRH YAZIN