Daha Çox Motivasiya Üçün Daha Çox Maaş

0
2094
Daha Çox Motivasiya Üçün Daha Çox Maaş

Hər kəsə məlumdur ki, rəhbərlər işçiləri nə qədər motivasiya etmək istəsələr də, işçi üçün ən böyük motivasiya puldur. Maaş nə qədər çox olursa, işçinin də öz işində qalmaq fikri o qədər yüksək olur. Bir tərəfdən də əgər siz səssiz dayansanız, başınızı aşağı salıb sakitcə işinizlə məşğul olsanız rəhbərlik aldığınız maaşa qane olduğunuzu, hər şeyə razı olduğunuzu düşünəcək . Siz özünüz maaşınız barəsində rəhbərliknən maraqlanmalısınız.

Bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. Rəhbərliknən maaş artırılması haqqında açıq-aydın planlı şəkildə söhbət edilməlidir. Faktlar konkret olmalıdır – günün tələbinə uyğun olaraq qiymət dəyişimi, vəzifənizə uyğun maaş səviyyəsi, öz bacarığınıza görə iş çoxluğu, ixtisaslaşma və bir çox tutarlı səbəblər.
 
Faktları əsaslandırmaq üçün izahlı yazı hazırlamalısız.Tutduğunuz vəzifənin hazırki maaşı barəsində  bir çox yerdən araşdırıb məlumatlanın. Şirkətin imkanları barəsində danışarkən öz barənizdə, savadınızdan tutmuş şirkətdə işlədiyiniz müddətə qədər söhbət açın. İzahlı yazı hazır olandan sonra konkret istədiyiniz məbləğə keçə bilərsiniz. Nə qədər büdcə istədiyinizi, artıq siz rəhbərliyə söhbət açmamışdan əvvəl müəyyənləşdirməlisiniz. Unutmayın ki, iqtisadi artımlar iş yerinin itirilməsi üçün risk deməkdir.
 
Mövqeyinizi dəqiqləşdirin. Verilə biləcək hər bir suala hazır olduğunuzu hiss edirsinizsə rəhbərliyə yaxınlaşın.Əks təqdirdə rəhbərlik qarşısında utanc bir vəziyyətə düşə bilərsiniz. Və ən əsası hər hansı qazandığınız nailiyyətdən sonra müraciət etməyiniz daha doğru olar.
 

ŞƏRH YAZIN