Bu Hərəkətləri Edirsinizsə Demək Ki, Xoşbəxt Deyilsiniz

0
5504
Bu Hərəkətləri Edirsinizsə Demək Ki, Xoşbəxt Deyilsiniz

Özünüzü pozitiv hiss etməyiniz xoşbəxt olduğunuz anlamına gəlmir.Təəssüflər olsun ki,bəzi hərəkətlər sizin xoşbəxt olmadığınızı göstərir. Əgər aşağıda yazılanlar həyatınızda  sıx-sıx  təkrarlanırsa tezliklə bu vəziyyəti düzəltməyinizi tövsiyyə edirik.

Televizor qarşısında çox olursunuzsa…

Təbii ki televizora baxaraq yorğunluğunuzu çıxarda bilərsiniz.Bu normal haldır. Lakin bu gündəlik təkrarlanan bir vəziyyət alıbsa, bunu dayandırmaq lazımdır.Araşdırmalara görə, nə qədər televizor qarşısında çox vaxt keçirirsinizsə,  xoşbəxt olma ehtimalınız da bir o qədər aşağı düşür.Onun əvəzinə vaxtınızı sərfəli keçirməyə çalışın.
 
Münasibətlərinizdə problemlər yaşayırsınızsa…
 
Əgər bir münasibətdə tərəflər arasında anlaşılmazlıq,soyuqluq varsa, demək hər şey əvvəlki kimi deyil.Bu münasibətin sonu uçurumdur.Elə insan tipləri vardır ki, onlar heç bir uğur əldə edə bilmir,şanssızlıq onları daima izləyir və onların hər zaman münasibətlərdə bəxti gətirmir.Bu tiplər münasibətlərdə çox çətinlik yaşayır ünsiyyət qura bilmirlər və bir problemlə qarşılaşdırları zaman daima şikayətlənməyi bacarırlar.Bu onlarda adət halını alır.
 
Yuxusuzluqdan əziyyət çəkirsinizsə…
 
Əgər günə xoş əhval-ruhiyyə ilə başlamaq istəyirsinizsə o gecəni düzgün vaxtda yatmalısınız.Hər bir insanın həyatında rejim anlayışı olmalıdır.Əgər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə,onda sizdə maddi və mənəvi problemləriniz var.Bəlkə də sevgi münasibətlərinizdə hər şey qaydasında deyil.Belə olduğu vaxt özünüzə rejim yaradın,idmanla məşğul olun,sağlam qidalanın və vaxtında yatın.Birdən yenə sizdə problem yaranarsa bu zaman psixoloqa müraciət etməyiniz məsləhətlidir.
 
Gərginsinizsə…
 
Aparılan müşahidələr nəticəsində alimlər belə qənaətə gəlir ki, insanın düşüncəsi,hissləri onun ətraf mühitindən asılıdır.Belə bir söz var: ürəyinin apardığı yerə get.Sən özünü harda rahat hiss edirsənsə orda olmalısan,kiminlə özünü xoşbəxt hiss edirsənsə onun yanında olmalısan.Sənə mənfi təsir edən insanlardan,yerlərdən uzaq olmağa çalış.İnsan özü-özünü xoşbəxt etməyi bacarmalıdır.Ən xırda şeylər bizim həyatımızda böyük dəyişikliklərə səbəb ola bilər.Sevin,sevilin və hər zaman həyatınızda sevgini qoruyub saxlayın.
 

ŞƏRH YAZIN