Biznes Qurmazdan Əvvəl Nələrə Əməl Etmək Lazımdır?

0
1679
Biznes Qurmazdan Əvvəl Nələrə Əməl Etmək Lazımdır?

1. Zamanın idarə olunması.

Bu hər kəsin demək olar ki, planlaşdırdığı bir şeydir. Lakin hər kəs zamanı idarə etməyi bacara bilmir.Ümumiyyətlə zamanın idarə olunmasının əsas səbəbi ondan ibarətdir ki,  bu vasitəylə insan əhəmiyyətli işləri təxirə salmamaqdan imtina etmiş olur.
 
Heç vaxt sizə heç bir faydası toxunmayan balaca təxirə salınmayan işlərə zaman xərcləməyin. Yaxşı olar ki həmin işləri öz işçilərinizə tapşırasız. Əgər siz öz işinizi qurmaq qərarına gəlmisinizsə, o zaman öz vaxtınızı sərbəst şəkildə idarə etməyi bacarmalısınız.
 
Uğurlu iş adamları iş gününü düzgün şəkildə planlaşdırmaqla yanaşı, həmçinin hətəlik və aylıq planlar qurmağı bacarırlar. Bundan əlavə, onlar gündəlik məqsədlər müəyyənləşdirməyin və həmin məqsədlərə nail olmağın sirlərinə bələd olurlar.
 
Zamanın idarə olunması haqqında əsas bunu bilməlisiniz ki, bu, sadəcə bir vərdişdir və bu vərdiş arzuladığınız biznesi qurmaqda sizə kömək edə bilər.
 
2. Etibarsızlığı bir kənara qoyun.
 
Biznesdə ən böyük qüsur etibarsızlıqdır.  Yenicə fəaliyyətə başlayan sahibkar içindəki şübhə hissinə təslim olur. O düşünür ki, işə başlamazdan əvvəl hər şeyi öyrənməlidir.
 
Siz öz bilik bazanızı genişləndirən zaman kimsə sizi qabaqlaya bilər. Yəni biznes haqqında oxuduğunuz kitablardakı fikirləri təcrübədə tətbiq etməyi bacarmırsınızsa, həmin kitabları oxumağın heç bir mənası yoxdur. Bütün bilikləri təcrübə ilə qazanmağa çalışın!
 
3. Məsələlərə etinasız yanaşmağı bacarın.
 
Əgər şübhələr sizi narahat edirsə və siz bugün əldə etdiyiniz nəticələrə qarşı laqeyd münasibət nümayiş etdirə bilmirsinizsə, o zaman belə bir vəziyyətdə siz biznes qura bilməzsiniz. Sizin yeganə çıxış yolunuz var - laqeyd olmaq. Hətta ən uğurlu vaxtlarda belə, sevinməklə yanaşı, az da olsa laqeyd münasibət bəsləməyi unutmayın. Bu, sizi çətin vəziyyətlərdə yıxılmağa qoymayacaq.
 

ŞƏRH YAZIN